İddia edilib ki, İsrail İranda vurulan ABŞ hərbi təyyarəsinin pilotunu xilas etmək əməliyyatını təhlükəyə atmamaq üçün planlaşdırılan hava hücumlarını təxirə salıb.
“Axios”a danışan İsrail rəsmisi, Təl-Əviv administrasiyasının İrana qarşı hava əməliyyatlarını dayandırdığını iddia edib. Rəsmi şəxsin sözlərinə görə, bu qərar İranda vurulan ABŞ hərbi təyyarəsinin heyətini tapmaq və xilas etmək səylərini pozmamaq üçün verilib.
Tahir TAĞIYEV