İran tərəfindən ABŞ-a məxsus F-15 qırıcı təyyarəsinin vurulmasından sonra Hörmüz boğazında ikinci ABŞ hərbi təyyarəsi vurulub. Bu barədə Amerika mediası məlumat yayıb.
Bildirilir ki, "tank ovçusu" da adlandırılan A-10 hərbi təyyarəsi Fars körfəzində vurulub. Vurulan təyyarənin bir dost ölkənin ərazisinə düşdüyü qeyd edilir.
Bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusu ölkənin mərkəzi hissəsində ABŞ-ın F-15 Eagle qırıcı təyyarəsini vurub. İran qurudan, ABŞ isə havadan vurulan təyyarənin pilotlarının axtarışlarını davam etdirir. ABŞ mediası pilotlardan birinin xüsusi təyinatlı qüvvələrin əməliyyatı nəticəsində xilas edildiyini bildirib.
İranın yarı-rəsmi Mehr Xəbər Agentliyi, digər pilotu tapmaq üçün axtarış-xilasetmə əməliyyatlarında iştirak edən ABŞ helikopterinin də vurulduğunu açıqlayıb.
Tahir TAĞIYEV