ABŞ Dövlət Departamenti İranın yeni Ali Lideri Müctəba Xamenei və İslam Respublikası rəhbərliyinin digər üzvləri haqqında məlumat üçün mükafat elan edib.
Dövlət Departamentinin veb saytında yerləşdirilən elanda
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əsas liderləri və onun tərkib hissələri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat vəd edilir.
Axtarılanlar siyahısına İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, liderin təhlükəsizlik məsələləri üzrə müavini Əli Əsgər Hecazi və hərbi müşavir Yəhya Rəhim Səfəvi də daxildir. Vaşinqton, həmçinin, Daxili İşlər naziri İskəndər Momeni və Kəşfiyyat naziri İsmayıl Xətib haqqında məlumat üçün pul ödəməyə hazır olduğunu bəyan edib.
SAMİRƏ