İran ərazisindən 3-cü dəfə Türkiyə istiqamətində ballistik raket atılıb.
Türkiyə Milli Müdafiə Nazirliyi, İrandan atılan və Türkiyə hava məkanına doğru gedən ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
NATO-dan verilən yazılı açıqlamada isə, İrandan atılan ballistik raketlər Türkiyə hava məkanına daxil olduqdan və NATO qüvvələri tərəfindən zərərsizləşdirildikdən sonra istənilən istiqamətdən gələn bütün təhdidlərə qarşı müdafiəyə hazır olduğunu bəyan edib.
Əməliyyat detallarının paylaşıla bilməyəcəyi qeyd edilən açıqlamada "Ballistik raketdən müdafiə sistemimizi artan təhdidlərə uyğunlaşdırmağa davam edəcəyik" deyilir.
Qeyd edək ki, 4 və 9 mart tarixlərində də İrandan atılan və Türkiyə hava məkanına doğru gedən ballistik raketlər NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Tahir TAĞIYEV