Bazar günü günü, 11 oktyabr 2026
     

Azərbaycan rəhbərliyinin uğurlu diplomatiyası

Image


Hazırda iradəmizdən asılı olmayaraq tarixi və taleyüklü günlərdə yaşayırıq. Gözlərimiz önündə yeni dünya düzəmi yaranmaqdadır. Yaxın keçmişdə bir çoxları tərəfindən “dünyanın ikinci ordusu” hesab edilən Rusiya Ukrayna “bataqlığında” ilişib qalıb. Artıq beşinci ildir ki, Rusiya silahlı qüvvələri rəşadətli Ukrayna ordusunun mətin iradəsini qıra bilmir. İran yaxın vaxtlara qədər “Amerikaya ölüm!”, “İsrail yer üzündən silinməldir!” deyə çığır – bağır salırdısa, hazırda ABŞ və İsrailin hərbi təyyarələri, dron və raketləri vasitəsi ilə darmadağın olmaqdadır.

Hətta iki qatı müsəlman ölkələri – Əfqanıstanla Pakistan da öz aralarında haqq – hesab çəkməkdədirlər. Yarandığı vaxtdan həmişə Rusiyanın köləsi hesab edilən, ərazisində Türkiyə və Azərbaycana qarşı təcavüz etmək üçün Rusiya hərbi bazaları saxlayan Ermənistan da öz ərazisindən adı çəkilən ölkənin bazalarının çıxarılmasını tələb edir. Bununla bərabər ərazisindən keçəcək ABŞ prezidenti D.Trampın adı ilə adlanan TRİPT xəttinin açılmasını toy – bayramla gözlədiyini heç gizlətmir də. Hərçənd ki, bu xəttin açılması ilə faktiki olaraq ABŞ-ın Qafqazda həm də faktiki olaraq hərbi iştirak olması heç kəsə sirr deyil. Artıq İranın mollakratiya rejiminin fərasətsiz xarici siyasəti nəticəsində bu ölkə ABŞ və İsrail hərbi hava qüvvələri tərəfindən bombardman edilir. Hakim mollakratiya rejimi isə ABŞ-ın bazalarını bombardman etmə bəhanəsi ilə artıq Oman, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə ilə bərabər Azərbaycana - Naxçıvana da dron zərbəsi endirmişdir.

Aydındır ki, belə gərgin, mürəkkəb vəziyyətdə Azərbaycan kimi kiçik bir ölkənin ayaqda qalması, onun bu keşməkeşli hadisələrdən daha az zərərlə çıxmasından ötrü respublika rəhbərliyindən daha çevik və balanslı, praqmatik və milli maraqlara söykənən rasional xarici siyasət yeritmək tələb olunur. Bu baxımdan razılıq hissi ilə qeyd etməliyik ki, Möhtərəm Prezidentimiz böyük uzaqgörənliklə hələ İrana olan yuxarıda göstərdiyim hücumlardan əvvəl xarici səfərlərdə dünyanın aparıcı dövlət başçıları ilə müvafiq görüşlər keçirmiş, aydındır ki, lazımi nəticələrə nail olunmuşdur.

Göstərilməlidir ki, yaxın qonşu kimi İrana olan münasibətdə Azərbaycan rəhbərliyi Möhtərəm Prezidentimizin özünün də dediyi kimi həmişə maksimum dərəcədə xeyirxah mövqe tutmuşdur. Belə ki, İran hücuma məruz qalanda, martin 2-də Möhtərəm Prezidentimiz İran Prezidenti M.Pezişkiana baş sağlığı vermişdi. Lakin humanist prinsipləri əsas tutan Prezident İ.Əliyev cənabları bununla kifayətlənməyərək İran səfirliyinə də gedərək orada həyatını itirmiş insanların ailə üzvlərinə baş sağlığı vermişdi. Əlbəttə, yaxın keçmişdə, xüsusilə 44 günlük müharibə zamanı açıq –aşkar ermənipərəst mövqe tutan, xalqımıza qarşı ən qəddar düşmənçilik hərəkətləri ilə hətta dünyanın tərəqqipərvər ictimaiyyətini təəccübləndirən ermənilərə həmişə dayaq duran, onlara havadarlıq edən İrana bütün bu xəyanətlərinə rəğmən isti münasibət bəslənildiyi halda qarşı tərəfin belə düşmən hərəkətinə nə ad vermək olar?

Bəli, hər bir səbrin, təmkinin bir həddi var. Ona görə də Möhtərəm Prezidentimizin İranın belə namərd, alçaq hərəkətindən sonra kifayət qədər kəskin şəkildə bəyanat verməsi, onalrı ən kəskin şəkildə ittiham etməsi tamamilə təbii hal kimi qəbul edilməlidir. Ali Baş Komandanımız bu namərd hərəkətlə əlaqədar verdiyi bəyanatda demişdir: “Diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyat keçirməyə hazır olmalıdırlar. Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Azərbaycan xalqı əmin olmalıdır ki. istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək.”

Qəribədir ki, İran kimi dünyanın son dərəcə mühüm həm coğrafi, həm də strateji mövqeyində yerləşən bir ölkəyə başçılıq edən mollakratiyanın hərəkətləri sanki bütün dünyanı özünə düşmən etməkdir. İstər – istəməz düşünməli olursan - artıq dünyanın bütün ölkələri tərəfindən şəksiz surətdə söz sahibi, lider ölkə kimi qəbul edilən ABŞ-la, eləcə də dünyanın idarə edilməsində son dərəcə mühüm rol oynayan yəhudi maliyyə və siyasi dairələrinin özlərinə VƏTƏN saydıqları İsraillə, “böyük yeddilərə” daxil olan Böyük Britaniya, İtaliya və Fransa ilə, nəhayət müsəlman ölkəsi olan Türkiyə ilə də açıq – aşkar qarşıdurmaya gedən bu üzdəniraq mollakratiya rejimi görəsən nə düşünür? Doğrudanmı əlli ilə yaxın bir müddət ərzində 90 milyona yaxın əhalisi olan, şimaldan Xəzər dənizinə, cənubdan Hind okeanına, qərbdən Hörmüz boğazı kimi strateji cəhətdən olduqca mühüm əhəmiyyət kəsb edən yerlərə çıxışı olan bir ölkəyə bu qədər fərasətsiz, korafəhim bir insanlar rəhbərlik etmişlər?! Bu baxımdan fevralın 19-da ABŞ Prezidenti D.Trampın şəxsi dəvəti ilə Vaşinqtonda Sülh Şurasının iclasında iştirak etmiş Möhtərəm Prezidentimizin Naxçıvana hücumla əlaqədar olaraq martın 5-də dediyi aşağıdakı sözlər tam təbii qəbul edilməlidir: ”Bu gün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil. İndi dar gündə biz kömək göstərməsək, bəs nə nə vaxt göstərəcəyik? Bütün bunların müqabilində çirkincə, namərdcəsinə, nakişi kimi Naxçıvana zərbə endirmək?

Bu ləkə onların çirkin və eybəcər sifətindən heç vaxt silinməyəcək.”

Bəli, kifayət qədər sərt və kəskin bəyanatdır. Lakin sual olunur: kimdir günahkar?

Yuxarıda göstərildiyi kimi İranın sistematik olaraq Azərbaycana qarşı alçaq, vicdansız hərəkətlərinə rəğmən Azərbaycan tərəfi əgər həmişə xeyirxah mövqe tutursa, bu o deməkdirmi ki, İran Azərbaycana dronla hücum etməlidir?! Məgər Azərbaycanda, Naxçıvanda da ABŞ-ın, İsrailin hərbi bazaları var?

Burada göstərmək yerinə düşərdi ki, İran rəhbərliyindən fərqli olaraq Azərbaycan rəhbərliyinin yeritdiyi müdrik, uzaqgörən, balanslı siyasət nəticəsində İ.Əliyev cənablarının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində dediyi kimi hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsi ilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir.

Bəli, dogma Azərbaycanımız Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz İlham Əliyevin xarici siyasət sahəsində yeritdiyi müdrik və balanslı, gələcəyə yönəlmiş, xalqın mənafeyini öndə tutan siyasəti nəticəsində dünya ölkələri arasında nüfuzunu artırmaqdadır. Təsadüfi deyildir ki, İranla olmuş insidentdən sonra Türkiyə prezidenti R.T.Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Gürcüstanın baş naziri İ.Kabaxidze, Özbəkistanın prezidenti Ş.Mirziyayev, Qazaxıstanın Prazidenti Q.Tokayev, Latviyanın prezidenti E.Rinkeviçs, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, Israilin xarici işlər naziri Gideon Sa,ar, Macarıstanın Baş naziri, Albaniyanın Baş naziri Edi Rama, Qörğızıstanın Baş Naziri, İordaniyanın dövlət başçısı, Ukraynanın Xarici İşlər Naziri və s. Avropa və Asiya ölkələri Prezidentimizə zəng etmiş və onunla həmrəyliklərini bildirmişlər. Əlbəttə, bütün bu faktlar Azərbaycanın dünya miqyasında nüfuzunun necə yüksək səviyyədə olduğunu əyani şəkildə sübut edir.

Heç şübhəsiz ki, İranla olan bu böhranlı vəziyyətdən də respublikamız ləyaqətlə, alnı açıq – üzü ağ çıxmaqla dünya ölkələri arasında özünün güclənməkdə olan mövqelərini daha da gücləndirəcək, bizə “yuxarıdan aşağı baxan”lara yerlərini göstərəcək, nəticə etibarı ilə xalqımızın nurlu sabahlara, işıqlı gələcəyə çıxmasını təmin edəcəkdir.

Faiq Əliyev,
ADNSU, “Humanitar fənlər kafedrası”nın dosenti,

Ülkər Abdullayeva,
ADNSU, Humanitar fənlər kafedrasının baş
müəllimi, fil.ü.f.d.u




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ