çərşənbə günü, 12 avqust 2026
     

Avropa ölkələrinin Rusiyaya münasibəti təhlükəli keçid dövrünə girdi...

Image


Elşən Manafov: “Müharibənin uzanması Avropa ictimaiyyətində anti-müharibə ovqatının güclənməsinə səbəb olub”

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kremllə dialoqa qayıtmaq çağırışlarına cavab olaraq bildirib ki, avropalılar Rusiya rəhbərliyi ilə kimin bunu edəcəyinə qərar verməzdən əvvəl nəyi müzakirə etmək istədikləri barədə düşünməlidirlər.

Avropada Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqun bərpa edilməsinin zəruriliyi ilə bağlı müzakirələrin artması fonunda, Kallas bu cür addımların Avropa səviyyəsində əlaqələndirilməsinə çağırıb: “Gəlin əvvəlcə ruslarla kimin danışacağını müzakirə etməzdən əvvəl onlarla nəyi müzakirə edəcəyimizi müəyyən edək”.

Fransa və vəzi Avropa ölkələri Rusiya ilə birbaşa dialoqun tərəfdarıdır. Kremllə birbaşa təmasların bərpası ideyası, digərləri ilə yanaşı, Baltikyanı ölkələr və Çexiya tərəfindən də dəstəklənib, Almaniya kansleri Fridrix Merts isə Moskva ilə dialoqu bərpa etmək üçün "koordinasiya olunmamış, təcrid olunmuş addımları" pisləyib. O, bildirib ki, müharibəyə son qoymaq üçün bütün Avropa səyləri Avropa daxilində, eləcə də Ukrayna və ABŞ-la əlaqələndirilməlidir. Bir sözlə, görünən odur ki, Avropa dövlətləri Rusiyaya münasibətdə yeni koordinasiya axtarır.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Elşən Manafovun fikrincə, Trampın iqtidara gəlməsindən sonra Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə bundan sonra da ona hərbi dəstəyin göstəriləcəyi ilə bağlı məsələlərdə ABŞ və Avropa İttifaqı ölkələri arasında ciddi fikir ayrılığı yaranıb: “ABŞ prezidenti Tramp Ukraynaya göstərilən hərbi yardımın əhəmiyyətli hissəsinin ABŞ-a aid olması ilə bağlı amilləri xatırladaraq Aİ-ni təhlükəsizlik problemlərini amerikalı vətəndaşların ödədikləri vergilər hesabına həll etmək istəyini qınayıb. Avropa hökumətlərini amerikalı seçicilərin vəsaitləri hesabına öz müdafiə ehtiyaclarını ödəmək istəklərinin ədalətli olmadığını bəyan edib. Bu açıqlamalardan sonra ABŞ Ukraynaya olan hərbi yardımlarını demək olar ki, dayandırıb. Bundan sonra müharibənin aparılması üçün maliyyə yükü Aİ dövlətlərinin üzərinə düşüb”.

E.Manafov hesab edir ki, əgər 2022-2024-ci illərdə Aİ Ukraynaya 17 milyard avro məbləğində hərbi yardım göstərmişdisə, 2025-ci ildə bu məbləğ 25 milyard avroya yüksəlib: “Bundan əlavə Avropa institutları vasitəsilə Ukraynaya 35 milyard avro məbləğində qeyri-hərbi yardım da, göstərib. Müharibənin aparılması üçün maliyyə yükünün əhəmiyyətli hissəsinin avropalı vergi ödəyicilərinin üzərinə düşməsindən, müharibə isə uzandığından və Ukraynanın bu müharibədən qalib çıxmayacağı ilə bağlı narahatlıqların artması gərginliyi artırır. Nəhayət Ukraynanın xarici borcunun ÜDM-ni üstələməsi Avropa ictimaiyyətində anti-müharibə ovqatının güclənməsinə səbəb olub. Seçki reallıqlarından çıxış edən siyasi elitalar bunun fərqinə varmaya bilməzlər. Hərçənd, Avropa dövlətləri arasında müharibənin perspektivləri, habelə Ukraynaya bundan sonra da, hərbi dəstəyin göstərilməsi ilə bağlı məsələlərdə fikir ayrılıqları var. Fransa prezidenti Makronun Rusiya ilə birbaşa danışıqlara getməklə bağlı təklifinə Avropa paytaxtlarında olan fərqli yanaşma əslində bir sıra amillərdən irəli gəlir. Bu ABŞ-Avropa münasibətləri, xüsusilə NATO-nun Avropanın təhlükəsizlik problemlərində oynayacağı rola ABŞ-ın mövqeyində olan dəyişiklik ampulasında aktual görünür. Yəqin buna görədir ki, NATO-dan kənar yeni hərbi blokun yaradılması ilə bağlı təkliflər eşidilir. Maraqlıdır ki, Makronun təşəbbüsünə, dünənə qədər ifrat anti-Putinçi mövqelərdən çıxış edən Polşa və Baltikyanı ölkələrin siyasi elitaları da dəstək veriblər. İstisna deyil ki, ABŞ-ın Ukrayna məsələsində nümayiş etdirdiyi mövqe və buna görə post-sovet və ya post-kommunist məkanında perspektivdə yaşana biləcək hadisələr, Rusiyanın bu proseslərdə katalizator rolunda çıxış etmə ehtimalları bəlli dairələri narahat etməyə, düşünməyə sövq edib. Makronun Almaniya federal kansleri Merts ilə müqayisədə Moskva ilə münasibətlərin formatında dəyişikliklərin edilməsi təklifləri onun legitimlik müddətinin yaxın vaxtlarda tükənmə amili ilə də bağlı ola bilər. Makronun prezidentlik müddəti bitməkdədir və o 2027-ci ilin seçkilərinə qatıla bilməyəcək. Merts isə əksinə, Makronun siyasi səhnədən getməsi ilə Almaniyanın Avropada liderlik iddiasını gücləndirmək niyyətində ola bilər. Əvvəla, Almaniyanın Aİ ölkələri arasında Ukraynaya göstərilən hərbi yardımın göstəricilərinə görə dominant rolda çıxış etməsi bunun bariz göstəricisi kimi diqqəti cəlb edir. Aİ-nin 25 milyard hərbi yardımının 9 milyardı Almaniyanın payına düşür. Digər tərəfdən Almaniya Aİ-nin qlobal arenada geosiyasi çəkisinin artırılmasının tərəfdarı kimi çıxış edir. Onun Qrenlandiya məsələsində Danimarka hökumətini müdafiə etməsi əslində dolayısı yolla Trampa qarşı getməsi təsiri bağışlayır. Nəhayət Almaniyanın mühafizəkar siyasi dairələri istisna deyil ki, növbəti dəfə Avropada anti-Rusiya cəbhəsinin yaradılması istiqamətində müəyyən hərəkətlərə yol verirlər. Və Rusiya prezidenti Putinin Avropadakı bəlli neomühafizəkar dairələrə Rusiyaya qarşı gedənlərə tarixi təcrübənin nəzərə alınması ilə bağlı tövsiyyələri şübhəsiz ki, bu reallıqlarla əlaqədardır”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

11.08.2026 / 20:51
ŞOK İDDİA… Kreml İrəvana bir ay vaxt verdi – ermənilər Rusiyadan qovulacaq, qaz nəqli dayandırılacaq…

11.08.2026 / 20:37
Ermənistan və Türkiyə eyni “hərbi blokda” – bu nə strategiyadır...

11.08.2026 / 20:12
Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu - FOTO

11.08.2026 / 20:10
Prezident və Birinci xanım Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar - FOTO

11.08.2026 / 20:01
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO

11.08.2026 / 19:50
Prezident və Birinci xanım Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - FOTO

11.08.2026 / 19:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər - FOTO

11.08.2026 / 19:19
Prezident İlham Əliyev Naxçıvana səfər edib - FOTO

11.08.2026 / 18:49
Məkkə sazişi “İbrahim sazişləri”nin alternativi olacaq?..

11.08.2026 / 18:33
ABŞ ordusu Oman körfəzində konteyner gəmisinə atəş açdı...

11.08.2026 / 18:19
Aİ-nin qadağasına baxmayaraq Avropa Rusiyadan qaz idxalını artır - xüsusilə də Fransa...

11.08.2026 / 18:15
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqtonda müzakirə olundu

11.08.2026 / 17:52
Gürcüstan tələyə düşdü - İranın kriptovalyutalarının tranziti üçün əsas mərkəz rolu oynayıb...

11.08.2026 / 17:37
Serbiya prezidenti Donbasın Putinə tam şəkildə verilməsinin "lobbiçiliyini edir"...

11.08.2026 / 17:22
Türkiyə Erməni Patriarxlığı Paşinyan hakimiyyətinə qarşı çıxdı...

11.08.2026 / 17:09
ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

11.08.2026 / 16:52
“Mən İranın bankiriyəm” - Tramp

11.08.2026 / 16:34
QHT Şərurda görüş keçirib

11.08.2026 / 16:17
Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

11.08.2026 / 16:02
Yasamalda soyğunçuluq edən şəxs saxlandı

11.08.2026 / 15:31
"Ermənistan Azərbaycandan qaz idxal edə bilər! - erməni deputat

11.08.2026 / 15:16
İrandan Rusiyaya “bibər” yükü aparan maşından 25 kq narkotik çıxdı...

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

10.08.2026 / 21:54
Avropaya anomal istilərin yeni dalğası gəlir…

10.08.2026 / 21:18
Xətai mübahisələri Azərbaycana xaricdən atılıb?...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ