Luvr Muzeyinin həmkarlar ittifaqı hökumətdən işçi heyətinin sayı və əmək haqqı ilə bağlı uzunmüddətli öhdəliklər tələb edir.
“Euronews”in yaydığı məlumata görə, Luvr Muzeyi həmkarlar ittifaqlarının "qəbuledilməz" hesab etdikləri məsələyə etiraz olaraq keçirdikləri tətil zamanı yenidən bağlanıb.
Tətilə muzey üçün çətin bir vaxtda, qiymətli əşyaların oğurlanması hadisəsindən təxminən iki ay sonra baş verib.
Muzey işçiləri bir sıra problemlərə diqqəti çəkmək istəyirlər; işçi çatışmazlığı, bina şəraitinin pisləş olması və Avropadan olmayan ziyarətçilər üçün giriş haqlarının artırılması.
Fransa Mədəniyyət Nazirliyi 2026-cı il üçün planlaşdırılan 5,7 milyon avroluq maliyyələşdirmənin ləğvi, işçi heyətinin sayının və nəzarətin artırılması və əmək haqqının artırılması da daxil olmaqla bir sıra tədbirlər elan edərək gərginliyi azaltmağa çalışır.
Lakin həmkarlar ittifaqları bu təklifləri qeyri-kafi hesab edirlər. Onlar, xüsusən də, işçi heyətinin sayı və əmək haqqı ilə bağlı uzunmüddətli öhdəliklər tələb edirlər.
Həftənin əvvəlində təxminən 400 işçi yekdilliklə tətilə səs vermişdi. Nəticədə, dünyanın ən çox ziyarət edilən muzeyi bazar ertəsi günü bağlandı.
Luvr muzeyinin direktoru Lorens des Kars yenidən Senatın Mədəniyyət Komitəsi qarşısında çıxış edəcəyi və diqqəti muzeyin təhlükəsizliyi ilə bağlı məsələlərə yönələcək.
Məlum oğurluq hadisəsindən bir neçə gün sonra, 22 oktyabrda Lorens des Kars senatorlara təhlükəsizliyin uğursuz olduğunu etiraf etmişdi.
İradə SARIYEVA