çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Rubinyandan anlaşılmaz mövqe: Trampın da, İranın da Zəngəzur dəhlizi siyasətini qəbul edir...

Image


Ruben Rubinyanın TRIPP marşrutu ilə bağlı açıqlaması Ermənistanın bu məsələdə yekun mövqeyə gəlmədiyini göstərir. Əksinə, İrəvan hazırda məqsədli şəkildə vaxt udur, siyasi manevr imkanlarını qoruyur və prosesin mahiyyətini dəyişdirməyə çalışır. Ermənistan nə marşrutu klassik “dəhliz” kimi açmağa hazırdır, nə də 8 avqust Vaşinqton razılaşmasından açıq şəkildə imtina etmək niyyətindədir.

Bu yanaşma seçki dövrü, regional güc balansı və böyük beynəlxalq aktorların qeyri-müəyyən mövqeyi fonunda hesablanmış strateji taktika kimi qiymətləndirilə bilər.

Rubinyanın “biz yalnız İranın rəsmi mövqeyinə əsaslanırıq” açıqlaması diplomatik baxımdan iki fərqli İran mövqeyini ayırmaq cəhdidir. Bir tərəfdə İran Xarici İşlər Nazirliyinin yumşaq və texniki səviyyədə açıqlamaları var ki, marşrut Ermənistanın suverenliyi çərçivəsində qalırsa, problem yaratmır. Digər tərəfdə isə İranın ali rəhbərinə yaxın fiqurlar, xüsusən Xamneyinin müşaviri Vilayəti bu marşrutla bağlı prinsipial etirazlarını bəyan edərək layihənin hər hansı “dəhliz” xarakterini rədd edir. Rubinyan açıq şəkildə ikinci xətti kənara qoyur və Tehrana mesaj verir ki, Ermənistan sərt mövqelərlə üz-üzə gəlmək istəmir, amma diplomatik oyun çərçivəsində İranla koordinasiyanı saxlayır. Bu yanaşma İrəvanın balanslaşdırma siyasətinin tipik nümunəsidir: həm İranın narazılığından yayınmaq, həm də Qərblə razılaşmanı formal olaraq pozmamaq.

Rubinyanın suverenlik, ərazi bütövlüyü və “qırmızı xətlər” vurğusu Ermənistanın TRIPP marşrutunu xüsusi statuslu dəhliz kimi təqdim etmək niyyətində olmadığını göstərir. Hüquqi status, təhlükəsizlik rejimi və idarəetmə baxımından İrəvan Zəngəzur dəhlizi modelinə bənzər hər hansı bir variantı qəbul etmək istəmir. Əslində Ermənistanın məqsədi marşrutu tam bloklamaq deyil, onu siyasi və strateji məzmundan təmizləyərək adi tranzit layihəsi kimi təqdim etməkdir. Bu da Vaşinqton razılaşmasının ruhunu formal olaraq qoruyur, amma real icrasını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.

Vaşinqton razılaşmasını dərhal tərk etmək isə Ermənistan üçün ciddi risqlər yaradar. ABŞ və Qərb bu marşrutu regional kommunikasiyaların açılması üçün dəstəkləyir və İrəvanın Qərbdən tam uzaqlaşması həm siyasi, həm də iqtisadi cəhətdən mənfi nəticələrə səbəb ola bilər. Açıq imtina həm Bakı və Ankara, həm də Brüssel qarşısında Ermənistanın mövqeyini zəiflədər. Buna görə də İrəvan razılaşmanı formal olaraq saxlayır, lakin İranın qırmızı xətlərini əsas gətirərək onun real icrasını ləngidir və daraldır.

Vaxt udmaq strategiyasının əsas arqumentlərindən biri daxili siyasi təqvimdir. TRIPP və ya Zəngəzur mövzusu Paşinyan üçün birbaşa seçki məsələsi olmaqla, müxalifətin “suverenlik satılır” ittihamlarını, küçə etirazlarını, kilsə və diaspor təzyiqlərini aktivləşdirir. Seçkidən əvvəl veriləcək kəskin qərar Paşinyanı daxildə zəiflədir və nəticəni risq altına qoyur. Seçkidən sonra isə legitimlik arqumenti yaranır, etirazların idarəsi nisbətən asanlaşır. Buna görə də qərar hələlik siyasi deyil, texniki müzakirə səviyyəsində saxlanılır və real tətbiqini uzadır.

İrəvanın strategiyasının digər vacib səbəbi İran-ABŞ qarşıdurmasında tərəf seçməməkdir. TRIPP marşrutu ABŞ və Qərb üçün regional logistika layihəsi, İran üçün isə potensial geosiyasi təhdid kimi qiymətləndirilir. Vaxt udmaqla Ermənistan hər iki tərəfə fərqli mesajlar ötürür: İrana deyir ki, qırmızı xətlərinizi nəzərə alırıq, ABŞ-a isə razılaşmadan çıxmamışıq. Bu, klassik balanslaşdırma siyasətidir və yalnız zaman qazandıqca işləyir.

Eyni zamanda Ermənistan vaxt uzatma strategiyası vasitəsilə Azərbaycanın mövqeyini və təzyiq səviyyəsini ölçür. Bakının diplomatik, iqtisadi və siyasi alətlərini analiz edir, Türkiyənin prosesdə nə qədər aktiv olacağını görür, regional konfiqurasiyanın sərtləşib-sərtləşmədiyini dəyərləndirir. Əgər təzyiq artarsa, güzəşt üçün zəmin hazırlanır; əks halda isə mövqe sərtləşdirilə bilər.

Marşrutun mahiyyətini dəyişmək də Ermənistanın strateji hədəflərindən biridir. Vaxt udmaqla hüquqi terminlər, təhlükəsizlik mexanizmləri və beynəlxalq nəzarət ideyası yenidən tənzimlənir. İrəvanın təqdim etmək istədiyi model belədir: yol mövcuddur, amma tam Ermənistanın nəzarətindədir və heç bir xarici tərəf üçün xüsusi status daşımır. Bu, ilkin razılaşmaların ruhunu boşaldır, amma formal olaraq pozmur.

Böyük beynəlxalq oyunçuların seçkilərini və qeyri-müəyyən siyasi vəziyyətini də nəzərə almaq lazımdır. ABŞ-da siyasi qeyri-müəyyənlik, Rusiyanın regional mövqeyinin dəyişməsi və İranın daxili prioritetləri İrəvan üçün əlavə manevr imkanları yaradır. Vaxt udmaq Ermənistan üçün yalnız prosesin idarə edilməsi deyil, həm də şərtləri yenidən formalaşdırmaq imkanı verir.

Nəticə etibarilə, Ermənistan vaxt udmaqla seçki risqini azaldır, İran-ABŞ arasında sıxışmamaq üçün manevr edir, Azərbaycandan gələn təzyiqin həddini ölçür və marşrutun mahiyyətini öz xeyrinə dəyişməyə çalışır. Bu taktika Paşinyan üçün zəiflik yox, hesablanmış və rasional strategiya kimi qiymətləndirilir. Lakin risq də mövcuddur: regional dinamika Ermənistanın əleyhinə dəyişərsə, vaxt udmaq artıq seçim deyil, məcburi qərar qəbul etmək mərhələsinə çevrilə bilər.

Beləliklə, Rubinyanın açıqlaması Ermənistanın hazırda TRIPP marşrutunu tam açmaq və ya razılaşmanı tərk etmək kimi radikal qərar vermək niyyətində olmadığını göstərir. İrəvan əsas məqsəd olaraq prosesin uzadılması, statusun dəyişdirilməsi və diplomatik balansın qorunmasını hədəfləyir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ