Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, Elşən Cəbrayılovun rəhbərliyi və Adil Nəhmətlinin aparıcılığı altında “Beyin Dalğası” adlı intellektual podcast layihəsi uğurla baş tutub.
Azərbaycanın intellektual mühitinə töhfə vermək məqsədi daşıyan “Beyin Dalğası” podcastı düşüncə, bilik və analitik yanaşmanı ön plana çıxaran platforma kimi formalaşıb. Layihənin əsas məqsədi gənclərin intellektual sahəyə marağını artırmaq, onları düzgün istiqamətləndirmək və bilik mübadiləsi üçün açıq müzakirə mühiti yaratmaqdır.
Podcast çərçivəsində müxtəlif sahələri təmsil edən 8 tanınmış qonaq iştirak edib:
•Urfan Orucov - Kontakt Home şirkətinin Kreativ direktoru
•Bəhruz Aydınlı - proqramçı, 3sual.az intellektual sual bazasının yaradıcısı
•Rahib Məhərrəmzadə - intellektual yarışlar üzrə redaktor
•Elgün Abdurahmanov - marketinq eksperti
•Emin Məsimli - yazıçı
•Elmidar Süleymansoy - televiziya redaktoru
• Tərlan Əsədli - intellektual yarışlar üzrə tester və redaktor
•Mənsurə Əhmədova - dilçi
Podcast zamanı intellektual inkişaf, yaradıcılıq, dil, media, texnologiya, marketinq və ədəbiyyat mövzularında maraqlı müzakirələr aparılıb, şəxsi təcrübələr və faydalı tövsiyələr bölüşülüb. Qonaqların müxtəlif sahələri təmsil etməsi müzakirələrə çoxşaxəli baxış bucağı qazandırıb.
“Beyin Dalğası” layihəsi intellektual sahəyə marağı olan hər kəs üçün - uşaqdan böyüyə - nəzərdə tutulmuşdur və gələcəkdə də bu istiqamətdə davamlı fəaliyyət göstərməyi hədəfləyir.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilərək ölkənin intellektual potensialının inkişafına xidmət edir.
Elşən Cəbrayılov Adil Nəhmətli