Amerikalı məşhur iş adamı və milyarder İlon Mask sərvəti 600 milyard dollar keçən ilk şəxs kimi tarixə düşüb. Bu, Maskın şirkəti SpaceX-in 800 milyard dollar dəyərində birjaya çıxa biləcəyi xəbərindən sonra baş verib.
“Forbes”in məlumatına görə, oktyabr ayında sərvəti 500 milyard dollar aşan Mask, SpaceX-in təxminən 42%-nə sahibdir. “Forbes” qeyd edib ki, bu dəyərləndirmə Maskın sərvətini 168 milyard dollar artıraraq, 15 dekabrda təxminən 677 milyard dollara çatdırıb. Beləliklə, Mask tarixdə sərvətini 600 milyard dollara çatdıran ilk şəxs olub.
Təxminən 197 milyard dollar dəyərində olan elektrik avtomobil istehsalçısı “Tesla”dakı 12% payı ilə Mask sərvətini daha da artırıb. Satışların azalmasına baxmayaraq, “Tesla” səhmləri bu il 13% artıb. Bazar ertəsi günü robotaksi sınaqlarından sonra şirkətdəki səhmləri təxminən 4% artıb.
TAHİR