şənbə günü, 08 avqust 2026
     

Ailə işlərinə dövlətin daha təsirli müdaxiləsini tələb edən məsələlər var...

Image


Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması bir sıra məsələlərin diqqət mərkəzində olmasına gətirib çıxartdı. Onlardan biri də demoqrafik məsələlərlə bağlı idi.

Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub.

Demoqrafik inkişaf səviyyəsi iqtisadi artım səviyyəsinə birbaşa təsir edir

Son iyirmi ildə Azərbaycan Respublikası Hökuməti 1994-cü ildə dünyanın 179 dövləti, o cümlədən Azərbaycan tərəfindən təsdiq edilmiş Qahirə Proqramının müddəalarına uyğun olaraq, əhalinin inkişafı sahəsində bir sıra fəal hərtərəfli tədbirlər həyata keçirir. Ölkə hökuməti insan amilinin inkişafına qoyulan investisiyaların sabit iqtisadi böyümənin və yüksək səmərəli inkişafın əsası olduğunu qəbul etdi. Qahirə konfransından 23 il sonra dünya ölkələrində və xüsusən də Azərbaycanda davamlı iqtisadi böyümənin demoqrafik cəhətlərinin aktual olduğu və tez-tez yeni məzmunla doldurulması simvolikdir. Dövlət siyasəti milli dövlət maraqları əsasında qurulur. Demoqrafik inkişaf səviyyəsi iqtisadi artım səviyyəsinə, dövlətin müdafiə qabiliyyətinə və milli maraqların təhlükəsizliyinə birbaşa təsir edir. Bu baxımdan əhali siyasətinə milli təhlükəsizlik sahəsində siyasi fəaliyyətin əsas elementi kimi baxmaq lazımdır. Demoqrafik proses iqtisadi, siyasi və digər sosial proseslərin təsiri altında inkişaf edir. Bu isə öz növbəsində bütün digər sosial proseslərin gedişatına təsir göstərir. Bu gün qlobal demoqrafik problemin əhəmiyyəti dünya iqtisadiyyatında, xüsusən inkişaf etməkdə olan ölkələrdə sürətli artım təhlükəsini dərk edən bütün dövlətlər tərəfindən tanınır. Əhali artımının iqtisadiyyata təsirinin bəzi məqamlarını nəzərdən keçirəndə qeyd etmək lazımdır ki, say artımı daxili bazarda artıma səbəb olur. Bu amil, xüsusilə milli istehsalın gücləndirilməsinə zəmin yaratdığına görə adambaşına təbii ehtiyatların nisbətinin böyük olduğu inkişaf etməkdə olan və ya az məskunlaşan ölkələrdə təsirli olur. Digər tərəfdən əhalinin artması istehsal miqyaslı iqtisadiyyatların yaranmasına gətirib çıxarır ki, bu da yalnız bir insana lazımi minimum investisiyanı qoymağa imkan verir. Həmçinin əhali kütləsinin artması ilə tələb avtomatik olaraq böyüyür və kapital genişlənməsi də baş verir. Ölüm səviyyəsinin azalması səbəbindən əhalinin artması iqtisadi fayda deməkdir, burada uşaqların əmək yaşına qədər yaşaması və sonrakı əmək fəaliyyəti böyümələri, tərbiyələri, təhsilləri və s. ilə bağlı xərcləri kompensiya edir.

Son 10 ildə Azərbaycanda əhali artımı davam etsə də, doğum sayı 60 faiz azalıb

Müasir dünyada gender bərabərliyi, ailə institutunun sabitliyi və demoqrafik dəyişikliklər bir-biri ilə sıx bağlı olan, cəmiyyətin strukturuna və gələcəyinə birbaşa təsir göstərən əsas sosial məsələlərdəndir. Demoqrafik dəyişikliklər isə artıq dünyanın bir çox bölgəsində hiss olunan reallıqdır. Yaşlanan əhali, azalan doğum göstəriciləri cəmiyyətin dayanıqlığını təhdid edir. Azərbaycan da bu tendensiyalardan kənarda deyil. Son illər demoqrafik eniş, doğuş sayının kəskin azalması cəmiyyəti ciddi narahat edən məsələlərdən biridir. Ən narahatedici məqamlardan biri də doğum səviyyəsinin azalmasıdır. Məsələn, 2015-ci ildə Azərbaycanda 162 min uşaq doğulubsa, 2024-cü ildə bu, 102 min nəfər olub. Bu rəqəm 2022-ci ildə 122 min 846, 2023-cü ildə 112 min 620, 2024-cü ildə 102 min 310 olub. Rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycanda əhali artımı davam etsə də, doğuş sayı 60 faiz azalıb. 2025-ci ilin sentyabrında birinci sinfə gedən şagirdlərin sayı 2018-ci illə müqayisədə 35 min nəfər azalıb. Bütün bunları necə həll etmək olar və çıxış yolu nədədir?

Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən problem bir sıra məsələlərlə əlaqədardır: “Əvvəla doğum səviyyəsinin azalması təkcə Azərbaycanda müşahidə edilmir. Bir sıra ölkələrdə - həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə bu tendensiya müşahidə edilir. Elə ölkə var ki, orada bu özünü daha qabarıq formada göstərir və əhalinin qocalması prosesi sürətlə gedir. Azərbaycanda da doğum səviyyəsinin azalmasının səbəbləri müxtəlifdir. Məsələ ondadır ki, iqtisadi baxımdan aztəminatlılıq, əhalinin böyük qisminin şəhərlərə axın etməsi buna öz təsirini göstərir. Son illər işsizlik üzündən kəndlərdən şəhərə axın xeyli güclənib. Şəhərlərdə çox uşaqlığa önəm verilmir. Çünki şəhərdə tələbatın kəndə nisbətən yüksək olması, qadınların karyera marağı, ailə dəyərlərinin öz gücünü itirməsi və s. doğumun azalmasında rol oynayır. Digər tərəfdən gənclərin çoxu gec ailə qurur. Sanki 30 yaşdan sonra ailə qurmaq gənclər arasında bir ənənəyə çevrilib. Halbuki, 15-20 il əvvəl vəziyyət fərqli idi. Fikrimcə, kompleks sosial tədbirlərin görülməsi doğuş səviyyəsinin artırılmasına stimul verə bilər. Məsələn, uşaqpulunun bərpa edilməsi, doğuma görə analara verilən birdəfəlik müavinətlərin artırılması, çoxuşaqlı ailələr üçün vergi güzəştləri və digər güzəştlər doğum səviyyəsinin azalmasını önləyə bilər. Eyni zamanda, gənc ailələr üçün mənzil proqramlarının genişləndirilməsi yaxşı olar. Xüsusilə dövlət dəstəyi ilə sosial ipotekaların verilməsi şərtləri daha asan və əlçatan olmalıdır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ