İran Xarici İşlər Nazirliyi və İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı ətrafında İran və ABŞ qüvvələri arasında baş verən toqquşmalar və ABŞ-ın Hörmüzqan bölgəsinə ardıcıl hücumları ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada ABŞ-ın son 48 saat ərzində Hormozqan bölgəsində atəşkəsi açıq şəkildə pozduğubildirilir. Qeyd edilir ki, İran heç bir təcavüzü cavabsız qoymayacaq və özünü müdafiə etməkdən çəkinməyəcək.
İran ordusunun sözçüsü Əbülfəzl Şəkarçi isə xəbərdarlıq edib ki, ABŞ və İsrail İrana qarşı hava hücumlarını bərpa edərsə, "daha sərt" və "daha güclü" cavab tədbirləri görüləcək.
Şekarçi İran mediasına bildirib ki, əgər bölgədə yeni bir müharibə olarsa, İranın cavabı regional sərhədlərdən kənara çıxacaq və daha güclü olacaq.
Tahir TAĞIYEV