Polis əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 14 komanda iştirak edib.
Mayın 1-dən etibarən bölgələrdə zona yarışlarına start verilən çempionatda ümumilikdə 10 minə yaxın polis əməkdaşı iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən, DİN-in Əlahiddə Çevik Polis Alayı birinci yerə layiq görülüb. Bakı Şəhər Baş Polis İdarəsinin komandası ikinci, Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü yeri tutub.
Qalib komandalara kubok və medallar təqdim olunub.
ZÜMRÜD