ABŞ və Kuba arasında gərginlik hər keçən gün daha da artır. Puerto Rikodan gələn son iddialar isə narahatlıqları ən yüksək səviyyəyə qaldırıb.
Belə ki, Puerto Riko qubernatoru Cennifer Qonsales ABŞ-ın gələn həftə Kubaya hücum edəcəyini bildirib. "Gələn həftə Kubaya qarşı hücum planlaşdırılır" deyən və 3 yanvarda Venesuelaya hərbi müdaxilədə Puerto Riko ərazisindən istifadə edildiyini bildirən Qonsales, ABŞ ordusunun Kubaya hücum planının olduğunu iddia edib.
ABŞ-ın Çin, Rusiya və İran oxuna qarşı hücum planlaşdırdığını iddia edən qubernator Qonsales, bölgədəki bütün aktyorları yüksək hazırlıq vəziyyətinə gətirən kəşfiyyat məlumatı paylaşıb: "Bir neçə gün əvvələ qədər Venesuela ilə müharibə vəziyyətində idik, gələn həftə də Kuba ilə müharibə edəcəyik".
Kubanın xarici işlər naziri Bruno Rodrigez Parilla isə ABŞ-ın öz hərəkətləri ilə beynəlxalq sülhü və təhlükəsizliyi pozduğunu, Kubaya qarşı mümkün hərbi hücum əmrini verənlərin tarixə "müharibə cinayətkarları" kimi düşəcəyini bildirib.
Bu arada, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) X sosial media hesabında açıqlama yayaraq, içərisində ABŞ-ın 17-ci təyyarə gəmisi hava qanadının (CVW-17) olduğu USS Nimitz təyyarədaşıyan gəmisinin, USS Gridley (DDG 101) və USNS Patuxent (T-AO 201) döyüş gəmiləri ilə birlikdə Karib dənizinə yerləşdirildiyini bildirib.
Tahir TAĞIYEV