Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzində yazıçı Gülər Coşqunsoyun cənab Prezident İlham Əliyevə həsr olunmuş "Milli xilaskar" və milli qəhrəman, şəhid general Polad Həşimovun xatirəsinə ithaf edilən "Ulu röya yolunda" kitablarının təqdimat və imza günü keçirilib.
Təqdimat mərasimi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə cənab Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklər səsləndirilib. Milli Məclisin deputatı Ülviyyə Ağayeva, sənətşünas Vasif Ayan, ATİB-in fəxri başqanı Cəmal Yangın, Türkiyə səfirliyinin rəsmisi Altekin Cihangir İşbilir, Vətən Müharibəsi Fondunun rəhbəri Şəfa Mövsümov, Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi Şaiq Səfərov, qazi baş leytenant Rafiq Rəhimli, "STMEGI" Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun direktor köməkçisi Fuad Xaimov və digər qonaqlar mərasimdə çıxış ediblər. Tədbir zamanı kitablardan parçalar səsləndirilib, Gülər Coşqunsoyun sözlərinə bəstələnmiş mahnı nümayiş etdirilib.
Sonda oxucular üçün imza mərasimi təşkil olunub.
SAMİRƏ