şənbə günü, 08 avqust 2026
     

Xamneyinin "bir nömrəli adamı" Zəngəzur dəhlizini yenidən hədəfə aldı...

Image


İran ABŞ prezidenti Donald Trampın təklif etdiyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır, bunu təhlükəsizliyə təhdid kimi görür. Bunu İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistanın səfiri Qriqor Akopyan ilə görüşdə deyib.

Qısaca “Tramp yolu” adlanan bu marşrutun Ermənistanın cənubundan keçməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavını birləşdirməsi nəzərdə tutulur. Xameneinin xarici siyasət məsələləri üzrə müşaviri deyib: “Trampın Qafqazla bağlı planı Zəngəzur dəhlizindən fərqlənmir və İslam Respublikası tamamilə buna qarşıdır”. Onun sözlərinə görə, bu dəhliz İranın şimalından NATO-nun mövcudluğuna şərtlər yaradır, İranın şimalı və Rusiyanın cənubuna ciddi təhdid törədir. Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşma avqustun 8-də Vaşinqtonda əldə olunub. Bakı və İrəvan həmin sammitdə sülh sazişini də paraflayıblar. Tehran daha öncə də Zəngəzur dəhlizinə etirazını bildirib, onun sərhədləri dəyişə biləciyini, İran yaxınlığında xarici hərbi təsiri artıracağını bildirib. Vilayəti xəbərdarlıq edib ki, bu plan elə Zəngəzur dəhlizi ilə eynidir, yalnız adı dəyişib, indi isə Amerika şirkətlərinin Ermənistana daxil olması formasında gerçəkləşdirilir. O, Vaşinqtonu iqtisadi layihələrdən regionda hərbi iştirakını gücləndirmək üçün yararlanmaqda suçlayıb. Bundan əvvəl də Əli Əkbər Vilayəti Vaşinqton razılaşmasını qəbul edən tərəfləri hədələyib. Vilayətinin sözlərinə görə, guya İran Vaşinqton razılaşmasının Zəngəzur dəhlizi ilə bağlı bəndinin yerinə yetirilməsinə imkan verməyəcək. Ancaq Vilayəti bu prosesə İranın necə mane olacağını izah edə bilməyib. İran mediasında isə hələ də qeyd olunur ki, İslam Respublikası bu nəqliyyat marşrutunun yaradılmasına qarşıdır, çünki Tehran Ermənistana birbaşa çıxışını itirə bilər. Tehran Azərbaycanın, Türkiyənin regionda güclənməsindən qorxur. Zəngəzur dəhlizinin açılması o deməkdir ki, Türkiyənin Azərbaycan və Orta Asiyaya birbaşa çıxışı olur. Amma İranın regional təsirləri, ambisiyaları üçün formalaşdırdığı təhlükəsizlik zolaqları və proksi strukturlar indi ən zəif vəziyyətdədir. Belə olan halda, Tehran Qafqaz siyasətini dəyişməyə məcburdur. Bu halda İranın geosiyasi və regional riskləri onu müttəfiqi Rusiya ilə bərabər, rəqibləri ilə də konsensus axtarışına sövq edir. Rusiya Cənubi Qafqazda İranı dəstəkləyəcək mövqe nümayiş etdirmədiyindən Moskva Tehranı "Qafqaz güzəşti"nin qaçılmaz olduğuna inandırmağa məcburdur. Tehran bu halda məcburi şəkildə Cənubi Qafqazda Azərbaycanın strateji maraqları ilə barışmağı seçməlidir. Bu da o deməkdir ki, Tehranın Azərbaycanın Zəngəzur dəhlizi ilə əlaqədar prioritetlərinə qarşı gücü zəifləyir.

Bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP-in tikintisinə gələn il başlanacağını deyib. Noyabrda ABŞ təmsilçiləri Bakı, İrəvan və Tiflisdə bu marşrutla bağlı müzakirələr aparıblar. Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan bəyannaməyə əsasən, Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı arasında maneəsiz əlaqə təmin etməyi üzərinə götürür, bunun qarşılığında Ermənistana beynəlxalq və ölkələrarası kommunikasiyadan qarşılıqlı faydalar vəd olunur. Azərbaycan prezidenti TRIPP-in Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyini, vacib nəqliyyat əlaqəsi olacağını bildirib. Türkiyənin CNN Türk televiziya kanalı isə bildirir ki, Azərbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin böyük hissəsinin başa çatması ilə bağlı fikirləri nəqliyyat və logistika təşəbbüsünün reallaşdırılmasında həlledici mərhələnin yaxınlaşdığını göstərir. Azərbaycanda avtomobil və dəmir yollarının, tunellərin və logistika infrastrukturunun tikintisində ciddi irəliləyişlər fonunda, Ermənistandan keçən hissənin istismara verilməsi səyləri gündəmdə əsas məsələyə çevrilir. Telekanal qeyd edib ki, sülh prosesinin irəliləyəcəyi təqdirdə Ermənistandan keçən dəhliz yaxın illərdə açıla bilər. Bu dəhliz Cənubi Qafqazda güc balansını uzunmüddətli əsasda Azərbaycan və Türkiyənin xeyrinə dəyişməyə imkan verəcək: “Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq. Zəngəzur dəhlizi Türkiyə üçün Orta Asiya ölkələri ilə strateji alternativ ticarət marşrutu kimi xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Polşanın “TVP World” telekanalına verdiyi müsahibəsində bildirib ki, Zəngəzur dəhlizi bir neçə marşrutu özündə birləşdirən genişmiqyaslı layihədir: “Zəngəzur dəhlizi bir neçə məqsədə eyni anda nail olmağa imkan verəcək. İlk növbədə, o, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Bu marşrut həmçinin üç onillikdən sonra Ermənistanı və Azərbaycanı birləşdirəcək. Bundan əlavə, o, Asiyadan Avropaya alternativ marşrutlardan biri olacaq. Söhbət Asiya və Avropa arasında ticarət həcmlərinin hər iki istiqamətdə artmasına imkan verəcək mühüm nəqliyyat əlaqəsi halqasından gedir. Biz Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasını istədiyimiz üçün, hər iki tərəf – Bakı və İrəvan – ABŞ-ın vasitəçiliyi ilə bu sülhün bərabər iqtisadi fayda və nəzərəçarpan nəticələr gətirməsi barədə razılığa gəldi. Düşünürəm ki, nəticə etibarilə bu, Ermənistan və Azərbaycan arasında müəyyən iqtisadi qarşılıqlı asılılığa gətirib çıxaracaq və onlar, məncə, vahid iqtisadi məkan kimi fəaliyyət göstərə bilərlər”. O əlavə edib ki, Vaşinqton sammiti zamanı Azərbaycan, Ermənistan və ABŞ liderləri bütün üç tərəfə uğurlu iqtisadi nəticələrə gətirəcək mühüm razılaşmalara nail olublar.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ