ABŞ administrasiyası Avropada "dost" hesab etdiyi hökumətlərə təzyiq göstərərək, dondurulmuş təxminən 210 milyard avroluq Rusiya aktivlərinin Ukrayna üçün istifadə edilməsini nəzərdə tutan AB planını rədd etməsini istəir.
Lakin Ağ Evin sözçüsü Anna Kelli bu iddiaları təkzib edərək, Vaşinqtonun yeganə məqsədinin tərəflər arasında dialoqu asanlaşdırmaq olduğunu iddia edir.
“Politico”nun məlumatına görə, Avropa rəsmiləri xüsusilə Belçikanın müqavimətinin artdığını və aktivlərlə bağlı razılaşma ehtimalını zəiflətdiyini bildirirlər.
ABŞ-ın ilkin sülh planında 100 milyard dollarlıq Rusiya aktivlərinin Ukraynanın yenidən qurulması üçün ABŞ-ın rəhbərlik etdiyi fonda yönəldilməsi, gəlirlərin 50%-nin Vaşinqtona, qalan aktivlərin isə ayrıca ABŞ-Rusiya investisiya vasitəsinə yönəldilməsi nəzərdə tuturdu. Bu müddəalar sonradan layihədən çıxarıldı.
Avropa paytaxtlarında narahatlığa səbəb olan əsas məsələ isə ABŞ-ın bu aktivlərin "bərpa kreditləri" kimi istifadəsinə qarşı çıxması və bunların Rusiya ilə gələcək danışıqlarda “kozır” kimi saxlanmasını istəməsidir.
Belçika ilə yanaşı, Macarıstan, Slovakiya, İtaliya, Bolqarıstan, Malta və Çexiya da aktivlərin müsadirəsinə qarşı çıxır.
TAHİR