ABŞ və Avropanın Kiyev üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri ilə bağlı iki sənəd üzərində razılığa gəlib. Ukrayna Silahlı Qüvvələrinin təxminən 800 min əsgəri əhatə edəcək şəkildə gücləndirilməsini, ölkənin qərbində Avropa qüvvələrinin yerləşdirilməsini və ABŞ kəşfiyyatı tərəfindən vəziyyətin izlənilməsini nəzərdə tutur.
“The New York Times” qəzeti mənbələrə istinadən yazır ki, tərəflər arasında razılaşma bu həftə Berlində səkkiz saatdan çox davam edən müzakirələrdən sonra əldə edilib.
Birinci sənəd Ukraynanın təhlükəsizliyinin təmin edilməsi üçün ümumi prinsipləri müəyyən edir və NATO Nizamnaməsinin 5-ci maddəsindəki zəmanətlərə bənzər öhdəlikləri nəzərdə tutur. İkinci sənəddə isə ABŞ və Avropa qüvvələrinin Ukrayna ordusu ilə qarşılıqlı əlaqələri barədə daha ətraflı müddəalar yer alır. Nəşrin məlumatına görə, əsas prioritet Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min nəfərə çatdırmaqdır.
ABŞ qoşun göndərməyi düşünməsə də, bildirilir ki, bölgədə Avropa qüvvələrinin varlığı, modernləşdirmə və təlim proqramları ilə yanaşı, Kiyevi narahat edən münaqişənin yenidən baş vermə risqini azaltmaq məqsədi daşıyır.
Zelenski və Avropa liderlərinin iştirakı ilə 14-15 dekabr tarixlərində keçirilən danışıqlar zamanı əldə edilən bu çərçivə Vaşinqton və Kiyev arasında koordinasiya yolu ilə "konkret irəliləyiş" kimi dəyərləndirilir. Moskva isə prosesin "müsbət nəticə verməyəcəyini" bildirir.
TAHİR