çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Ukrayna üçün 6 maddəlik təhlükəsizlik Sazişi irəli sürüldü... Ölkə "yarımçıq sülh planlarının" arasında qalıb....

Image


Berlində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb. Danışıqlarda məqsəd Rusiyanın Ukraynaya qarşı dörd ilə yaxındır apardığı müharibəni bitirməkdir.

Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iştirakı ilə danışıqlar dekabrın 14-də start götürüb və beş saatdan çox davam edib. Ertəsi gün danışıqlar təxminən iki saat sürüb. Zelenski yenə də danışıqlarda iştirak edib. Daha sonra o, Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşə gedib. Görüşdən sonra Zelenski Amerika nümayəndə heyəti ilə danışıqların məhsuldar və təfsilatlı olduğunu deyib, ləyaqətli sülhə ümid etdiyini bildirib. O, danışıqların asan olmadığını etiraf edib. Zelenskinin sözlərinə görə, ağrılı olanı ərazi məsələsidir: “Bütün məsələlər sadə deyil. Xüsusilə ərazi mübahisələrinə gəldikdə, çox mürəkkəb məsələlər var”. Daha əvvəl Uitkoff danışıqlar nəticəsində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. “Reuters” və bir sıra digər media qurumları mənbələrinə istinadən yazırdı ki, xüsusilə Ukraynanın NATO üzvlüyünə alternativ ola biləcək təhlükəsizlik zəmanətləri müzakirə edilib. “The Wall Street Journal” və AFP-nin məlumatına görə, ABŞ nümayəndələri Ukrayna qoşunlarının Donetsk vilayətinin onların nəzarəti altında qalan hissəsindən çıxarılmasında israr etməyə davam ediblər. Bu, Rusiyanın əsas şərtidir. Mənbələrə görə, Ukrayna tərəfi buna razı deyil. Məlumatlara görə, Vaşinqton Kiyevə NATO-nun 5-ci maddəsində qarşılıqlı müdafiə vədinə oxşar təhlükəsizlik zəmanətləri təklif edib. Əsas məsələlər, o cümlədən Donetsk vilayətində Kiyevin nəzarətində olan ərazilərin taleyi barədə suallar qalır. ABŞ prezidenti Donald Tramp isə Ukrayna müharibəsini bitirəcək razılaşmanın yaxın olduğunu deyib: “Bunu həll etməyə çalışırıq, məncə, indi yaxınıq. Rusiya prezidenti Putinlə saysız danışıqlarımız olub, məncə, indi həmişəkindən daha çox yaxınıq və görək nə edə biləcəyik”. O, bu yaxınlarda Putinlə danışdığını söyləsə də, detalları, söhbətin nə zaman baş tutduğunu açıqlamayıb. Amerika lideri Zelenski ilə də danışdığını bildirib, lakin bu söhbətin nə vaxt baş tutduğunu dəqiqləşdirməyib. O, uzun söhbət etdiklərini bildirib. Tramp həmçinin Berlindəki danışıqları Avropa liderləri ilə müzakirə etdiyini də qeyd edib: “Avropa liderləri ilə çox yaxşı söhbətimiz oldu və söhbətlərin çoxu Rusiya ilə Ukrayna arasındakı müharibəyə həsr olunmuşdu”. Amerika lideri hesab edir ki, Rusiya münaqişənin bitməsini istəyir, lakin Putinlə Zelenski arasında gərginlik qalmaqdadır: “Liderlər arasında kəkskin qan düşmənçiliyi var. Bu da işləri bir az daha çətinləşdirir”. ABŞ prezidenti Rusiyanı NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinə bənzər şəkildə Ukrayna üçün Qərbin təhlükəsizlik zəmanətlərinə razı salmağa inandırmaq istəyir. NATO Nizamnaməsinin 5-ci maddəsi kollektiv müdafiə prinsipini müəyyən edir və buna əsasən, alyansın bir və ya daha çox ölkəsinə silahlı hücum hamıya hücum kimi qiymətləndirilir. “Kyiv Post” qəzetinin məlumatına görə , ABŞ və Ukrayna rəsmiləri Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar zamanı fikir ayrılığına düşüblər.Mənbələrin verdiyi məlumata görə, Zelensky təhlükəsizlik zəmanətlərinin istənilən yekun razılaşma üçün ilkin şərt olduğunu bildirib, ABŞ isə zəmanətlərin zamanla yekunlaşdırılacağı çoxmərhələli yanaşma təklif edib.

Bununal belə “The Guardian” yazır ki, ABŞ nümayəndə heyəti tərəflər arasında məsələlərin 90 faizinin razılaşdırıldığını bəyan edib. Bir sıra media orqanları ABŞ rəsmilərinə istinadla yazırlar ki, Berlin danışıqlarında təklif olunan zəmanətlər 5-ci maddəyə oxşardır. Vaşinqtonun 5-ci maddəyə oxşar zəmanətləri necə verəcəyi detallı bəlli deyil, amma rəsmilər belə təklifin masa üstündə həmişəlik qalmayacağını da deyiblər. Putinin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynanın NATO üzvlüyündən kənarlaşdırılması Kreml üçün istənilən sülh sazişinin əsas sütunudur. Rusiya Berlin danışıqlarından sonra ABŞ rəsmilərindən məlumat gözləyir. Avropa liderləri Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Ukrayna üçün altı bənddən ibarət təhlükəsizlik zəmanətləri təqdim edib. Bunlar aşağıdakılardır: 1. Ukraynaya daimi hərbi dəstək, dinc dövrdə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər həddində saxlanması; 2. Avropanın rəhbərliyi altında “İstəklilər koalisiyası” çərçivəsində çoxmillətli qüvvələrin formalaşdırılması və ABŞ-nin dəstəyi ilə onların Ukrayna ərazisində mümkün fəaliyyətləri; 3. ABŞ-nin rəhbərliyi altında, beynəlxalq nümayəndələrin iştirakı ilə atəşkəsə nəzarət mexanizmi – bu mexanizm vəziyyətin monitorinqi, hücumlar barədə erkən xəbərdarlıq, pozuntuların qeydə alınması və onlara reaksiya verilməsi ilə məşğul olacaq; 4. Ukraynanın bərpasına investisiyalar, yenidənqurma işlərinin maliyyələşdirilməsi, ticarət sazişləri və Rusiyanın vurduğu zərərə görə kompensasiya. Rusiyanın Aİ-dəki aktivləri dondurulmuş qalır; 5. Gərginliyin artması, Ukraynaya hücum halında hərbi, kəşfiyyat, iqtisadi və diplomatik vasitələrlə cavab vermək öhdəliyi; 6. Ukraynanın Aİ-yə üzvlüyünə dəstək.Daha öncə Zelenski deyib ki, Qərbdən alternativ təhlükəsizlik zəmanətləri qarşılığında Ukrayna NATO-ya qoşulmaq niyyətlərindən əl çəkə bilər. Amma bu qərar Zelenski üçün asan olmaya bilər, çünki alyansa üzvlük siyasi məqsəd olaraq Ukrayna konstitusiyasına salınıb. Kiyevin NATO-dan uzaq tutulması Moskvanın əsas tələblərindən biridir. NATO üzvlərinin çoxu da Ukrayna üçün bu variantı çıxdaş ediblər.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ