şənbə günü, 08 avqust 2026
     

Avropa İttifaqı Putinin əsas təbliğat platformasına ağır zərbə hazırlayır...

Image


2004-cü ilin sentyabr ayında yaradılan Rusiyanın Valday Diskussiya Klubu ilə bağlı da Qərbdə sərt addımlar atılması gözlənilir. Bu klubun üzvləri də daxil olmaqla bir sıra rusiyalı təbliğatçı, Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə qurumun sanksiya siyahısına əlavə ediləcək.

Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının bir rəsmisi məlumatı təsdiq edib: “Valday Diskussiya Klubu Rusiya hökuməti tərəfindən təsis edilib. Bilirik ki, bu, Rusiya haqqında beynəlxalq qavrayışlara və hekayətlərə təsir göstərmək üçün mürəkkəb bir vasitə kimi fəaliyyət göstərir. O, artıq Rusiyanın sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizə aparmaq üçün istifadə etdiyimiz sanksiyalar rejiminə tabedir. Siyahımızda artıq 60-dan çox ad var və tezliklə daha çox ad əlavə olunacaq”.

2004-cü ildə qurulan Valday Diskussiya Klubu, özünü Rusiya və xarici politoloqları, jurnalistləri və ictimai xadimləri qlobal siyasi, iqtisadi və sosial məsələləri müzakirə etmək üçün bir araya gətirən ekspert və analitik mərkəz kimi təddim edir. Əslində, bu, xarici və daxili siyasətdə rus narrativlərini təşviq etmək və Rusiya rəhbərliyinin imperialist siyasətini əsaslandırmaq üçün təbliğat platforması rolunu oynayır. Klubun adı ilk iclasın Rusiyanın Novqorod vilayətində yerləşən Valday gölü yaxınlığında keçirilməsi ilə bağlıdır. Yaranmasının əsas məqsədi Rusiya ilə beynəlxalq ekspert icması arasında dialoq yaratmaq, Rusiyanın daxili və xarici siyasəti, qlobal təhlükəsizlik və beynəlxalq münasibətlər mövzularında müzakirələr aparmaq olub. Valday Klubu ilk illərindən etibarən Kremlə yaxın intellektual platforma kimi formalaşıb. Xüsusilə Rusiya prezidenti Vladimir Putinin bu klubun iclaslarında mütəmadi iştirakı Valday Klubunu beynəlxalq səviyyədə tanınan və təsirli analitik mərkəzə çevirilməsinə hesablanıb. Klubun iclasları zamanı Rusiya rəhbərliyinin mövqeləri, strateji baxışları və qlobal proseslərə dair yanaşmaları açıq şəkildə ifadə olunur və bu çıxışlar dünya mediasında geniş rezonans doğurur. Valday Klubu klassik mənada üzvlük sistemi olan təşkilat deyil. Yəni onun daimi, rəsmi qeydiyyatdan keçmiş üzvlər siyahısı mövcud deyil. Klub daha çox ekspert platforması kimi fəaliyyət göstərir və hər il keçirilən toplantılara müxtəlif ölkələrdən seçilmiş iştirakçılar dəvət olunur. Bu iştirakçılar əsasən siyasi analitiklər, politoloqlar, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, iqtisadçılar, tarixçilər, jurnalistlər və keçmiş və ya fəaliyyətdə olan dövlət rəsmilərindən ibarət olur. Valday Klubunun iştirakçıları arasında Rusiyadan olan ekspertlər və rəsmi şəxslərlə yanaşı, ABŞ, Avropa İttifaqı ölkələri, Asiya, Yaxın Şərq və postsovet məkanından olan mütəxəssislər də yer alıb. Amma son vaxtlarda onların sayı xeyli azalıb. Müxtəlif illərdə isə klubun iclaslarında keçmiş xarici işlər nazirləri, sabiq səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, aparıcı beyin mərkəzlərinin rəhbərləri və nüfuzlu akademiklər iştirak edib.

Klubun təşkilati strukturu Moskvada yerləşən Valday Fondunun fəaliyyəti əsasında qurulub. Fond analitik hesabatlar hazırlayır, tematik sessiyalar təşkil edir və Rusiya ilə beynəlxalq ictimaiyyət arasında intellektual körpü rolunu oynamağa çalışır. Valday Klubunun mövzuları zamanla genişlənərək təkcə Rusiya siyasəti ilə məhdudlaşmayıb, qlobal güc balansı, çoxqütblü dünya nizamı, enerji təhlükəsizliyi, regional münaqişələr və sivilizasiyalararası münasibətləri də əhatə edib. Xüsusilə Vladimir Putinin Valday Klubunda etdiyi çıxışlar onu daha çox diqqət mərkəzinə gətrib. Bu çıxışlar çox zaman Rusiyanın gələcək strateji kursu barədə mühüm mesajlar kimi qiymətləndirilir. Məhz buna görə Valday Klubu bəzən “Rusiyanın ideoloji və strateji baxışlarının beynəlxalq auditoriyaya təqdim olunduğu platforma” kimi xarakterizə olunur. Avropa İttifaqının klubd çıxış edən rus ekspertləri sanksiyaalr siyahısına daxil etməsi gözlənilir. Valday Klubunun əsas təsisçi və təşkilatçıları sırasında ilk növbədə Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası dayanır. İkinci əsas təşkilatçı “RİA Novosti” informasiya agentliyi olub. Klubun ilk illərində “RİA Novosti” Valday toplantılarının təşkilində, beynəlxalq ekspertlərin cəlb olunmasında və platformanın tanıdılmasında aparıcı rol oynayıb. Sonrakı dövrdə “RİA Novosti”nin struktur dəyişikliklərindən sonra bu funksiyalar Valday Klubunun öz institusional bazasına keçib. Mühüm təşkilati tərəfdaşlardan biri də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu həm ekspert potensialı, həm də akademik dəstəyi ilə Valday Klubunun intellektual səviyyəsinin yüksəldilməsində iştirak edib. Universitetin müəllim və tədqiqatçıları müxtəlif illərdə klubun sessiyalarında fəal iştirak ediblər. Eyni zamanda Rusiya İqtisadiyyat üzrə Ali Məktəbi də Valday Klubunun erkən mərhələlərində tərəfdaş qurumlardan biri kimi çıxış edib, xüsusilə iqtisadi və qlobal inkişaf mövzularında analitik dəstək verib. 2000-ci illərin sonlarından etibarən Valday Klubu artıq müstəqil təşkilati struktura malik olub və “Valday Diskussiya Klubu Fondu” yaradılıb. Hazırda klubun bütün tədbirləri, illik iclasları, regional sessiyaları və analitik hesabatları məhz bu fond tərəfindən təşkil olunur. Fond Moskvada yerləşir və klubun daimi icraedici orqanı hesab olunur. Rəsmi olaraq Valday Klubu dövlət qurumu deyil, lakin onun fəaliyyəti Rusiya hakimiyyət dairələri, xüsusilə də Rusiya Prezident Administrasiyası tərəfindən siyasi və institusional baxımdan dəstəklənir. Vladimir Putinin klubun illik iclaslarında mütəmadi iştirakı bu platformanın Kreml üçün strateji əhəmiyyət daşıdığını açıq şəkildə göstərir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ