Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re-daksi¬yası dekabrın 16-da Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı ki¬ta-bın III və IV cildlərinin təqdimatını keçirəcək.
Qeyd edək ki, bu kitablarda Vətən uğrunda şəhid olmuş şəxslər haqqında ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib. Qeyd edək ki, Biləsuvar rayonu ilə yanaşı Salyan,Neftçala, Hacıqabul rayonları və Şirvan şəhərindən olan şəhid ailələri də bu tədbirə dəvət edilib və onlara bu kitablar təqdim olunacaq. İradə SARIYEVA