çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Parlamentdəki müxalifət partiyalarının içində çaxnaşma var - VHP, ƏHDP, Ana Vətən...

Image


Azərbaycan parlamentində təmsil olunan müxalifət partiyalarında son illər müşahidə edilən daxili qarşıdurmalar və sabitsizlik təsadüfi hadisələr deyil.

VHP-də Rəfail Hüseynov-Sabir Rüstəmxanlı xətti üzrə gərginlik, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiyada Elçin Mirzəbəyli ətrafında yaranan narazılıqlar, illər əvvəl Zahid Orucla Fəzail Ağamalı arasında yaşanan münasibətlərin partiyalara təsiri, Ana Vətən Partiyasında Fəzail Ağamalı dövrünün sonuna yaxın baş verən proseslər, eləcə də REAL Partiyasında rəhbərlik dəyişikliyi, istefalar və İlqar Məmmədovun seçicilərinə verdiyi vədi yerinə yetirə bilmədıyinə görə postundan çəkilməsi eyni siyasi mənzərənin müxtəlif təzahürləridir.

Bu proseslər göstərir ki, parlament müxalifətində böhran ayrı-ayrı şəxslərin davranışından yox, daha çox mövcud siyasi modeldən qaynaqlanır. Parlamentdə təmsil olunan müxalifət partiyalarının real siyasi təsir imkanları son dərəcə məhduddur. Onlar nə qərarvermə prosesinə ciddi təsir göstərə bilir, nə də geniş seçici kütləsi üçün alternativ siyasi güc kimi qəbul olunurlar. Parlament tribunasının real mübarizə meydanı olmaması partiya daxilində məyusluq yaradır, nüfuz və mövqe savaşlarını dərinləşdirir.

Cəmiyyətdə “parlament müxalifəti” anlayışının legitimliyi də ciddi sual altındadır. Bu partiyalar çox vaxt formal iştirakçı kimi dəyərləndirilir, real müxalifət funksiyasını yerinə yetirmədikləri düşünülür. Bu imic, xüsusilə gənc və aktiv üzvlərin partiyalardan uzaqlaşmasına, siyasi enerjinin tükənməsinə səbəb olur. Nəticədə partiyalar canlı orqanizm kimi yox, inzibati strukturlar kimi fəaliyyət göstərir.

Digər mühüm problem partiyaların lider mərkəzli olmasıdır. VHP, Ana Vətən, Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi partiya kimi qurumlar institusional mexanizmlər üzərində deyil, əsasən liderlərin şəxsi nüfuzu üzərində formalaşıb. Lider zəiflədikdə və ya dəyişiklik gündəmə gəldikdə partiya dərhal böhranla üzləşir. Daxili demokratiyanın zəifliyi sağlam varislik mexanizmlərinin yaranmasına imkan vermir.

Siyasi mühitin dəyişməsi də bu partiyaları çətin vəziyyətdə qoyub. Sosial şəbəkələr, yeni siyasi dil, gənclərin fərqli gözləntiləri ənənəvi müxalifət partiyalarını köhnəlmiş göstərir. Onlar nə yeni liderlər yetişdirə, nə də müasir seçici ilə effektiv ünsiyyət qura bilirlər. Bu uyğunsuzluq daxili narazılığı daha da dərinləşdirir.

Bütün bunlara seçki perspektivinin qeyri-müəyyənliyi də əlavə olunur. Partiya üzvləri anlayır ki, növbəti parlament seçkilərində mandatı qorumaq avtomatik deyil, mandat asanlıqla itirilə bilər. Bu isə fərdi siyasi karyera axtarışlarını gücləndirir, partiyadan kənar yolları daha cəlbedici edir. Zahid Oruc kimi fiqurların partiyadan asılı olmadan siyasi mövcudluq nümayiş etdirməsi bu tendensiyanın bariz nümunəsidir.

Ayrı-ayrı partiyaların perspektivinə baxdıqda mənzərə daha da aydınlaşır. VHP Sabir Rüstəmxanlının şəxsi nüfuzundan kənara çıxa bilməyib və seçici bazası əsasən nostalji xarakter daşıyır. Lider sonrası dövr üçün hazırlıq olmadığı üçün mandatın qorunması ciddi sual altındadır. Ana Vətən Partiyasında uzun illər formalaşmış lider-partiya asılılığı bu gün açıq böhrana çevrilib və cəmiyyətlə əlaqə, demək olar ki, itib. Qüdrət Həsənquliyevin partiyası nisbi sabitliyə malik olsa da, müstəqil siyasi xəttin aydın olmaması və alternativ liderlərin yoxluğu onu sistemdaxili kompromislərdən asılı vəziyyətdə saxlayır.

REAL Partiyası isə, digər müxalifət partiyalarından fərqli olaraq, ideoloji baza və şəhərli elektorat potensialına malikdir. Lakin həbslər, istefalar və lider dəyişikliyi onu ciddi institusional sınaq qarşısında qoyub. Bu sınaqdan uğurla çıxarsa, parlamentə qayıtmaq şansı qalır, əks halda o da digər partiyaların taleyini paylaşa bilər.

Bütün bu mənzərə fonunda aydın olur ki, klassik müxalifət partiyaları tükənmə mərhələsindədir. Gələcəkdə “yeni müxalifət” konkret partiya adı ilə deyil, fərdi siyasi fiqurlar, şəhərli orta təbəqə, sosial-iqtisadi narazılıqlar üzərində formalaşan lokal hərəkatlar və şəbəkə tipli siyasi əlaqələr vasitəsilə ortaya çıxa bilər. Bu yeni müxalifət radikal şüarlar yox, rasional və texnokratik yanaşma təklif edərsə, cəmiyyət üçün daha inandırıcı ola bilər.

Nəticə etibarilə, parlament müxalifətində yaşanan sabitsizlik şəxslərin problemi deyil, siyasi institutların zəifliyinin göstəricisidir. Bu model dəyişmədikcə parçalanmalar davam edəcək, parlamentdə müxalifət anlayışı isə getdikcə daha çox formal xarakter daşıyacaq.

Dəniz NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ