Cümə axşamı günü, 06 avqust 2026
     

Türkiyə müxalifəti ölkənin gərgin iç siyasəti üçün “3-cü yol” təşəbbüsü irəli sürdü...

Image


Elşən Manafov: “Bu təkliflə çıxış edən siyasi qüvvələr ciddi sosial bazaya malik olmadığı üçün, bu yol qəbul edilməyəcək”

Türkiyədə müxalif siyasi təşkilat olan Səadət Partiyasının sədri Mahmut Arıkan Türkiyənin hazırkı daxili siyasi durumunda 3-cü yola ehtiyac olduğunu, bu yolun tapılması üçün hakim partiya olan AKP də daxil, bütün siyasi partiyalarla görüşməyə başlayacağını deyib: “Bütün siyasi spektrlə danışıqlar aparacaq və ən uyğun ittifaqı tapmağa çalışacağıq, amma əsas diqqətimiz üçüncü yolun qurulmasına yönələcək”.

Arıkan seçkilərə ən azı 1,5 il qaldığını bildirib və əlavə edib: “Ümid edirəm ki, o vaxta qədər prinsiplər, dəyərlər və problemlərin həlli yollarını arxa planda müzakirə etsək, Türkiyə üçün daha faydalı işlər görə bilərik”.

Maraqlıdır, Türkiyə siyasətində 3-cü yol variantı nə qədər perspektivlidir və daxili gərginliyi həll etmək gücünə malikdirmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov bütün bunlara bir neçə aspektdən yanaşdı: “Türkiyə Səadət Partiyasının sədri Mahmut Arikanın ölkənin hazırkı durumunda siyasi sistemində dəyişikliklər etmək və bununla əlaqədar məmləkəti siyasi böhrandan çıxarmaq məqsədilə irəli sürdüyü 3-cu yol variantı əslində bir çox ölkələrin təcrübəsində sınaqdan keçirilmiş siyasi motivasiyalı idarəetmə sistemidir. Bu yol liberal, sosialist və ya sosial-demokrat ideologiyasına əsaslanan siyasi sistemlər arasında ortaq məxrəci ehtiva edən mərkəzçi ideologiyanın qəbul edilməsini, iqtisadiyyatda isə qarışıq idarəetmə sisteminin prinsiplərinin tətbiqini ehtiva edir. Bu isə liberal dəyərlərə əsaslanan açıq bazar iqtisadiyyatı ilə, iqtisadiyyata dövlət tərəfindən tənzimləməni nəzərdə tutan sosialist modeli arasında ortaq yoldur. Adətən ölkəni siyasi böhrandan çıxarmaq məqsədilə 3-cü yol təklifində bulunan siyasi partiyalar ya ciddi sosial bazaya, yəni seçicilərin dəstəyinə və ya güc strukturlarının, xüsusilə ordunun onları müdafiə edə biləcəyi ilə bağlı amillərdən çıxış edərək alternativ yol təklifi ilə çıxış edirlər. Türkiyənin müasir siyasi gerçəklikləri konteksində Mahmut Arkının rəhbərlik etdiyi Səadət Partiyası bunların heç birinə malik deyil. Baxmayaraq ki, keçən il Əhməd Davudoğlunun (sabiq baş nazir və xarici işlər naziri) rəhbərlik etdiyi Gələcək Partiyası ilə keçən il birləşmək və parlamentdə DEVA partiyasının onlara qoşulması şərtilə fraksiya yaratmaq barədə razılığa gəliblər. Arkının Səadət Partiyası TBMM də hazırda 20 millət vəkili ilə təmsil olunur. Onlardan 10-u isə Gələcək Partiyasının təmsilçiləridirlər. Parlamentdə bu qüvvə ilə təmsil olunan siyasi partiyanın irəli sürdüyü təklifin iqtidar və ana müxalifət partiyası tərəfindən qəbul olunacağı real və inandırıcı deyil. Onsuz da bu partiyalar ciddi sosial bazaya malik deyillər. “Ergenekon” hadisələrindən sonra isə Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin ölkənin siyasi həyatına təsir imkanlarının qarşısını həm ordu rəhbərliyində keçirdiyi kadr islahatları, həm də qanunvericilik bazası konteksində alıb. Üstəlik, Davudoğlunun siyasi mesajları iqtidar və ana müxalifətə ünvanlayanlar sırasında olması amili də Səadət və Gələcək İttifaqında birləşənlərin xeyrinə deyil. Davudoğlunun və Ərdoğanın arasında yaşanan məlum hadisələrin konteksində. Nəhayət 3-cü yol adətən bu modelə keçmiş ölkələrdə faşist və ya neofaşist qüvvələrin hakimiyyətə gəlməsi ilə müşahidə olunub. Bu isə həm liberalların, həm də solçuların hakimiyyətdən çıxdaş edilməsinə bir çox hallarda səbəb olub. Türkiyədə bu təkliflə çıxış edən siyasi qüvvələrin ciddi sosial bazaya və ordu tərəfindən dəstəyə malik olmadıqları nəzərə alınarsa, onların təkliflərinin iqtidar və ana müxalifət tərəfindən qəbul olunmayacağı birmənalıdır. Bununla belə, bu təklifdə bulunan siyasi tərəflər məlum təkliflərin perspektivdə onlara vəd etdiyi siyasi dividentləri nəzərə alaraq alternativ yolun müzakirəyə çıxarılmasında maraqlı ola bilərlər”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

06.08.2026 / 17:13
Rusiya Qara dənizdə hərbi yük daşıdığını iddia etdiyi Ukrayna gəmilərini vurdu…

06.08.2026 / 16:50
Rusiya kəşfiyyatı Fransada prezident-2027 seçkisinə qarşı əməliyyata başladı...

06.08.2026 / 16:32
Ceyhun Bayramov İrpen şəhərinə gedib

06.08.2026 / 16:25
Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

06.08.2026 / 16:21
İranda yeni inqilab başlayır - qorxulu daxili böhran...

06.08.2026 / 16:17
Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

06.08.2026 / 16:12
İranın Ermənistanla sərhədi "ən təhlükəsiz sərhəd" adlandırıldı - niyə Azərbaycan yox...

06.08.2026 / 16:03
Bilal Ərdoğanın restoranlar şəbəkəsi Bakıya ayaq açdı - Ərdoğanlar biznesdə başqa növ seçim edə bilərdimi?

06.08.2026 / 15:44
"Azərbaycan Ukraynaya qaz tədarük etməyə hazırdır" - Ceyhun Bayramov

06.08.2026 / 14:09
Mərkəzi Kəşfiyyat İdarəsi ölkəyə sızdı - neft və elektrik kəsildi… ABŞ-ın Kubanı daxildən qarışdırmaq planı ortaya çıxdı…

06.08.2026 / 13:56
Astarada narkotiklə saxlananşəxs tanışını da ələ verdi...

06.08.2026 / 13:50
Fəxrəddin İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edildi

06.08.2026 / 13:48
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı

06.08.2026 / 13:22
İdxal olunan qeyri-qida mallarına nəzarət gücləndirilir...

06.08.2026 / 13:17
Bəxtiyar Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edildi

06.08.2026 / 13:12
Ermənilərin apellyasiya məhkəməsində yekun qərar elan olundu - FOTO

06.08.2026 / 13:11
AZCON-a yeni səlahiyyət verildi

06.08.2026 / 12:57
Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gücləndirilməsi Kiyevdə müzakirə edildi

06.08.2026 / 12:50
Ukrayna Tver bölgəsindəki Wildberries anbarına da hücum etdi…

06.08.2026 / 12:44
Ukraynalı nazır Qara dənizdə həlak olan azərbaycanlılarla bağlı başsağlığı verdi

06.08.2026 / 12:35
“Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi azalmağa davam edəcək” - Overçuk

06.08.2026 / 12:26
Rusiya Qafanda baş konsulluq, Ermənistan Şimali Osetiyada konsulluq şöbəsi açır…

06.08.2026 / 12:12
Gürcüstandan İrana narkotik aparan maşın “Mazımqara” postunda saxlandı...

06.08.2026 / 11:56
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 979 ton buğda göndərdi

06.08.2026 / 11:42
Valideynlərdən biri məcburi köçkün olmayan şəxslərə vahid aylıq müavinət verilmir – RƏSMİ

06.08.2026 / 11:25
Ceyhun Bayramovla Andriy Sibiha arasında təkbətək görüş keçirilir

06.08.2026 / 11:10
Ermənilərin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir...

06.08.2026 / 10:57
Paşinyan Karapetyanın “Ermənistan Elektrik Şəbəkəsi”ndən danışdı…

06.08.2026 / 10:44
DİN-in 3 bağçası BŞTİ-nin tabeliyinə verildi

06.08.2026 / 10:07
Azərbaycan nefti ucuzlaşdı - 91 dollar...

06.08.2026 / 09:47
Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşıladı...

06.08.2026 / 08:07
ABŞ-ın sursat ehtiyatı tükənir? - Tramp Heqsetdən izahat tələb etdi

05.08.2026 / 23:19
Özgür Özəlin də həbsinə qərar verildi

05.08.2026 / 23:00
Ukraynanın Rusiyaya əks-zərbələri artır… Deputat Putinə çağırış etdi - ciddi təhlükə altındayıq…

05.08.2026 / 22:06
Zəngəzur dəhlizində iş başlamadan Tramp maliyyəni 2 dəfə artırdı - maraqlı deyil?...

05.08.2026 / 21:44
Rusiya Ermənistan məhsullarına idxal qadağasını bir az da böyütdü...

05.08.2026 / 21:27
Hökumətin “hüquq üzrə doktorantura” qərarı mübahisələrə yol açıb...

05.08.2026 / 21:10
Türkmənistan nəyə “sevinir”, dünyada beynəlxalq hüququ sayan var?!

05.08.2026 / 20:57
İrandan Azərbaycana bahalıq gəlir - proses başlayıb...

05.08.2026 / 20:40
SEPAH Trampı gözləmədən qabaqlayıcı zərbələr vurmağı nəzərdən keçirir...

05.08.2026 / 20:26
Ermənistanın yeni Konstitusiyası üzərində iş başladı...

05.08.2026 / 20:10
Rayon teatrlarında direktorlar və müavinlər seçilir, ya təyin edilir...

05.08.2026 / 19:55
İran Cənubi Qafqazda yenə Ermənistana “stavka” edir... Kifayət deyil?

05.08.2026 / 19:25
ABŞ-a qarşı İran-Rusiya-Çin-Şimali Koreya oxu - Avropa da Vaşinqtondan üz döndərib

05.08.2026 / 19:15
Səhiyyə ixtisasları üzrə 38 saxta diplom aşkarlandı...

05.08.2026 / 19:02
Avropa "yezidin cəngində"- çaylarında su quruyur, isti dalğalar canlıları yandırır...

05.08.2026 / 18:45
Ceyhun Bayramov və Hikmət Hacıyevin açıqlamalarına Ermənistandan reaksiyalar gəldi...

05.08.2026 / 18:30
Ermənistanın KTMT-dən qovulma prosesini başlada bilmirlər...

05.08.2026 / 18:17
ABŞ-İran münaqişəsi həm diplomatiyada, həm də hərbdə dalana dirənib...

05.08.2026 / 18:04
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda göndərəcək

05.08.2026 / 17:46
Rusiyada dron zavodunun rəhbərinə sui-qəsd cəhdi - Tkaçukun avtomobili partladıldı - FOTO

05.08.2026 / 17:31
Rusiya Aerokosmik Qüvvələri komandanının kürəkəni Moskvada öldürüldü…

05.08.2026 / 16:46
Tramp Zelenskiyə “Patriot” vədindən imtina etdi - Kiyev Rusiya raketləri qarşısında müdafiəsiz qaldı…

05.08.2026 / 16:30
Ukrayna Ufada sənaye zonasını vurdu…

05.08.2026 / 16:18
AB dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1,4 milyard avro ayırdı..

05.08.2026 / 16:07
Azərbaycanlı bloger Rusiya hakimiyyətinin qəzəbinə niyə tuş gəldi?..

05.08.2026 / 15:52
NATO və Rusiyanın dəniz müharibələri başlaya bilər - Almaniya sularına hərbi gəmilər gətirilir...

05.08.2026 / 15:30
ABŞ və Ermənistan TRIPP layihəsinin həyata keçirilməsini müzakirə etdi

05.08.2026 / 15:11
Rusiya ilə Avropa ölkələri arasında daha bir gizli görüşün üstü açıldı – Bakıdan sonra Vyana…

05.08.2026 / 15:02
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlandı - DIN və Ədliyyədən birgə əməliyyat...

05.08.2026 / 14:47
20 milyard dollara sahib rus oliqarx Putini "islahatla aşırmağın" sxemini çəkdi...

05.08.2026 / 14:35
ATƏT ərazilərimizin işğalına necə laqeyd idisə, minaların təmizlənməsinə də elə baxır...

05.08.2026 / 14:30
ABŞ-la İran arasında son 48 saat – ya Hörmüz boğazı açılacaq, ya da...

05.08.2026 / 14:15
Musiqi terapevti soydaşımızdan Türkiyədə unudulmaz sənət gecəsi...

05.08.2026 / 13:52
Qadağan olunmuş Ermənistan məhsulları İran məhsulu adı ilə Rusiyaya daşınır... - Astarada SAXTA SƏNƏD ƏMƏLİYYATI…

05.08.2026 / 13:26
Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdi

05.08.2026 / 13:12
Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı ilə bağlı dəyişikliklər təsdiqləndi

05.08.2026 / 12:59
İrandan Britaniyaya ərzaq adı ilə 4 kq-dan çox tiryək aparan maşın “Şahtaxtı” postunda ilişdi...

05.08.2026 / 12:44
Tel-Əviv merinin müavini Mamdanini boks rinqinə dəvət etdi - qaçacaq yerin yoxdur, vaxt gəldi, sən və mən…

05.08.2026 / 12:29
Neft dəhlizində yeni böhran… Tehrandan ittiham - Trampın təhdidləri Omanla razılaşmaya mane olur…

05.08.2026 / 12:10
Pakistan səfiri Kəşmir məsələsində dəstəyə görə Azərbaycana təşəkkür etdi

05.08.2026 / 11:48
"Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq" - MÜTDA

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ