şənbə günü, 21 noyabr 2026
     

İki böyük armada - Trampın məqsədi tək İranı qorxutmaq deyil...

Image


Azər Həsrət: "Venesuelada baş verənlər İran üçün açıq mesajdır"

ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial media hesabında paylaşdığı “nəhəng armada İrana doğru irəliləyir” açıqlaması beynəlxalq gündəmdə ciddi rezonans doğurub. Bu bəyanat təkcə hərbi güc nümayişi kimi yox, eyni zamanda siyasi mesaj və diplomatik təzyiq elementi kimi qiymətləndirilir. Tramp çağırışında açıq şəkildə Tehranla saziş bağlamağın vacibliyini vurğulayaraq, ABŞ-ın danışıqlara hazır olduğunu, lakin bunun üçün vaxtın məhdud olduğunu bildirib. Onun sözlərinə görə, İrana doğru hərəkət edən dəniz qüvvələri əvvəlkilərlə müqayisədə daha güclüdür və bu da Vaşinqtonun mövqeyini xeyli möhkəmləndirir. Tramp xüsusilə “şəffaf razılaşma” tələb etdiyini, İranın nüvə silahına sahib olmamasının bu razılaşmanın əsas şərti olduğunu diqqətə çatdırıb və məsələnin “həqiqətən həyati əhəmiyyət daşıdığını” vurğulayıb.

Bu açıqlamalar fonunda əsas sual ondan ibarətdir ki, Tramp İranı sadəcə təhdid edir, yoxsa doğrudan da Venesueladakı kimi hakimiyyət dəyişikliyi ssenarisi gündəmdədir. Mövcud ritorika birbaşa hərbi hücum elanından daha çox klassik siyasi və psixoloji təzyiq vasitəsi kimi görünür. ABŞ siyasətində bu yanaşma əvvəllər də dəfələrlə istifadə olunub: əvvəlcə güc nümayişi, ardınca isə danışıqlara çağırış. “Nəhəng armada” ifadəsi də məhz bu məqsədə xidmət edir – qarşı tərəfə ABŞ-ın alternativlərinin çox olduğunu göstərmək və onu güzəştə sövq etmək.

Bu kontekstdə Trampın əsas hədəfi İranı mümkün qədər tez danışıqlar masasına qaytarmaq və nüvə proqramı ilə bağlı ABŞ üçün məqbul, nəzarət edilə bilən razılaşma əldə etməkdir. “Vaxt məhduddur” mesajı da prosesi uzatmaq niyyətinin olmadığını, təzyiqin mərhələli şəkildə artırılacağını göstərir. Bu, ultimatum xarakterli diplomatiyadır, amma avtomatik olaraq müharibə demək deyil.

Məsələni Bakı-Xəbər-ə şərh edən siyasi şərhçi Azər Həsrət isə hesab edir ki, Tramp bu çağırışında zarafat etmir və vəziyyət kifayət qədər ciddidir. Onun fikrincə, İran rəhbərliyində dövlət ağlı yerindədirsə, bu mesaj mütləq ciddiyə alınmalı və danışıqlar masası arxasına oturulmalıdır. Azər Həsrət vurğulayır ki, Tramp milyonlarla dollar xərc çəkərək bu qədər güclü hərbi arsenalı boşuna İran istiqamətinə yönəltməyib. Bu nə zarafatdır, nə də sadə hədə. Onun sözlərinə görə, məşhur bir deyim var: filmin əvvəlində divardan tüfəng asılıbsa, filmin sonuna qədər o tüfəng mütləq atəş açacaq. Hazırda məhz “tüfəngin divardan asıldığı” mərhələdəyik. ABŞ-ın ən güclü hərbi qüvvələri artıq Hind okeanı hövzəsindədir və bunun atəş açıb-açmaması birbaşa İranın davranışından asılıdır.

Siyasi şərhçi hesab edir ki, İran ağılla davranaraq danışıqlara razı olsa, bu silahdan istifadə olunmaya bilər. Əks halda isə Tramp açıq şəkildə xatırladıb ki, ABŞ bu nəticənin nə olduğunu bir dəfə artıq göstərib və lazım gələrsə, bunu yenidən edə bilər. Bu baxımdan, nəticəni əvvəlcədən görüb yenə də dirəniş göstərmək ağılsızlıq olar.

Azər Həsrətin fikrincə, İran dəyişməlidir və onu idarə edənlər nəhayət bunu dərk etməlidirlər. XXI əsrdə köhnə idarəçilik modeli ilə davam etmək mümkün deyil. İran yenilənməli, dünya ilə ayaqlaşmalı, dövlət idarəçiliyində məzhəbçilikdən uzaqlaşmalı, dini rəhbərin statusu xalqın seçdiyi prezidentinkindən üstün olmamalıdır.

Onun qənaətinə görə, əgər bu reallıqlar nəzərə alınmasa, Tramp arsenalını işə salmaqdan çəkinməyəcək. Çünki Tramp zarafatı sevmir, dediyini edir. Venesuelada baş verənlər də İran üçün açıq mesajdır. Ağıllı siyasət başqasının səhvlərindən nəticə çıxarmaqdır. Hazırda İranın təkcə başqalarının yox, elə öz səhvlərindən nəticə çıxarması üçün də real şansı var. Keçən ilin yayında bunun üçün müəyyən imkanlar yaranmışdı və İranın hansı vəziyyətə salına biləcəyi bütün dünyaya göstərildi. Əgər bunun təkrarını, hətta daha ağır formasını istəyirlərsə, Tramp bunun baş verəcəyini artıq açıq şəkildə bəyan edib.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ