Cümə günü, 06 noyabr 2026
     

Məktəblərdə mədəniyyət dərsi olacaq - Prezident təsdiqlədi....

Image


Kamran Əsədov: “Hazırda məktəblərdə mədəniyyət mövzuları epizodikdir, dərsliklərdə zəif təmsil olunur”

Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.

Belə ki, 2026–2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisi təmin edilməlidir. Konsepsiyada qeyd edilir ki, mədəniyyət fənni tədris olunacaq.

Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi barədə müddəa son illərdə təhsil sistemində məzmun böhranının aradan qaldırılması istiqamətində atılmış ən doğru və strateji addımlardan biridir: “Çünki hazırkı məktəb modeli şagirdi biliklə yükləyir, lakin onu dəyər, kimlik və estetik şüur baxımından formalaşdırmaqda zəif qalır. Apardığım tədqiqatlara əsasən, Azərbaycan məktəblərində şagirdlərin təxminən 70 faizindən çoxu dərsdənkənar vaxtını sosial şəbəkələrdə və xarici məzmun istehlakında keçirir, halbuki yerli mədəni kontentlə sistemli təmas edənlərin payı 20 faizdən aşağıdır və bu, milli mədəniyyətin ötürülməsində ciddi boşluq yaradır. UNESCO-nun 2023-cü il üzrə “Culture and Education” hesabatında qeyd olunur ki, mədəniyyətin formal təhsilə inteqrasiyası olan ölkələrdə şagirdlərin məktəbə bağlılıq səviyyəsi orta hesabla 18–22 faiz yüksək olur, sosial davranış pozuntuları isə 12–15 faiz azalır. Bu rəqəmlər göstərir ki, mədəniyyət təkcə ideoloji yox, həm də pedaqoji alətdir.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində təhsilin məqsədi “şəxsiyyətin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə” kimi müəyyən edilib və 9-cu maddədə ümumi təhsilin məzmununa “milli və bəşəri dəyərlərin mənimsədilməsi” birbaşa daxil edilib. Bu baxımdan Konsepsiyada nəzərdə tutulan dəyişiklik hüquqi baxımdan tam əsaslıdır və mövcud qanunvericiliyin ruhuna uyğundur. Elm və Təhsil Nazirliyinin bu xətti dəstəkləməsi və icraya yönəltməsi təhsilin formal yox, məzmunlu olmasına xidmət edir və bu, nazirliyin son illərdə strategiyaya əsaslanan nadir addımlarından biridir. Müsbət tərəf ondadır ki, mədəniyyət tədrisi şagirdlərdə estetik zövq, tarix və kimlik duyğusu, sosial davranış mədəniyyəti formalaşdırır, bu isə uzunmüddətli perspektivdə vətəndaş məsuliyyətini gücləndirir. Mədəni təhsili güclü olan ölkələrdə bu artıq sübut olunub: Finlandiyada incəsənət və mədəniyyət məktəb proqramının əsas hissəsidir və PISA nəticələrinə görə şagirdlərin oxu və mətn anlama bacarıqları OECD ortalamasından 12 faiz yüksəkdir; Yaponiyada mədəni davranış və estetik tərbiyə ayrıca kurikulum komponentidir və məktəbdaxili intizam pozuntuları Avropa ortalamasından iki dəfə aşağıdır; Fransada “éducation culturelle” proqramı çərçivəsində şagirdlərin muzeylərə, teatr və sərgilərə çıxışı məcburidir və bu, sosial adaptasiyanı gücləndirir.

Bununla yanaşı, mənfi tərəflər də var və bunlar açıq etiraf olunmalıdır. Hazırda məktəblərdə mədəniyyət mövzuları epizodikdir, dərsliklərdə zəif təmsil olunur və çox vaxt formal məlumat səviyyəsində qalır. Müəllimlərin əksəriyyəti bu sahəni əsas tədris məqsədi kimi yox, “əlavə mövzu” kimi qəbul edir. Pedaqoji sorğular göstərir ki, müəllimlərin yalnız təxminən 25 faizi dərslərində mədəni kontekstlərdən sistemli istifadə edir. Universitetlər və kolleclər isə bu istiqamətdə demək olar ki, boşluq yaradır: müəllim hazırlığı proqramlarında mədəniyyət, estetik tərbiyə və milli dəyərlərin tədrisi ayrıca kompetensiya kimi nəzərə alınmır, daha çox texniki fənn biliklərinə fokuslanılır. Bu isə məktəbdə tətbiq ediləcək modelin kadr baxımından zəif qalmasına səbəb olur”.

Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyinin bu sahəni strateji xətt kimi götürməsi müsbət haldır, lakin yalnız proqram dəyişikliyi ilə kifayətlənmək olmaz. Dərsliklərdə mədəniyyət mövzuları ciddi şəkildə genişləndirilməli, fakt yığını yox, dəyər və məna əsaslı məzmun yaradılmalıdır. Tarix dərslikləri yalnız xronologiya yox, mədəni prosesləri izah etməlidir; ədəbiyyat dərslikləri yalnız mətn yox, dünyagörüş formalaşdırmalıdır; incəsənət dərsləri yalnız texnika yox, estetik düşüncə yaratmalıdır: “Müqayisə göstərir ki, mədəniyyəti təhsilin mərkəzinə qoyan ölkələrdə təhsil yalnız nəticə yox, şəxsiyyət yaradır, bizdə isə hələ də imtahan yönümlü model üstünlük təşkil edir. Bu qərar həyata keçərsə, məktəb imtahan mərkəzi olmaqdan çıxıb sosial-mədəni institut funksiyasını gücləndirə bilər. Şagird sadəcə “nə bilirsən?” sualına yox, “kimsən və nəyə inanırsan?” sualına da cavab verə biləcək. Hesab edirəm ki, bu qərar təhsilin humanistləşməsi, milli kimliyin qorunması və məktəbin sosial rolunun bərpası baxımından doğru istiqamətdir və Elm və Təhsil Nazirliyinin bu prosesi dəstəkləməsi təqdirəlayiqdir. Əsas məsələ bunun formal deyil, məzmunlu icra olunmasıdır; əks halda mədəniyyət canlı dəyər yox, kağız üzərində mövzu olaraq qalacaq. Bu islahat düzgün aparılarsa, təhsil sistemi bilik ötürən mexanizmdən çıxıb cəmiyyət yaradan instituta çevrilə bilər və bu, Azərbaycanın gələcəyi üçün strateji üstünlük deməkdir”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 10:06
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ