İran bu ilin əvvəlində danışıqlar zamanı ABŞ-a 11 nüvə bombası hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana sahib olduğunu bildirib. Bu barədə ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff Fox News-da bildirib.
"İlk görüşdə hər iki İran sözçüsü bizə birbaşa, utanmadan, 460 kiloqram 60 faiz zənginləşdirilmiş urana nəzarət etdiklərini və bunun 11 nüvə bombası hazırlamaq üçün kifayət olduğunu bildiklərini söylədilər", Vitkoff xatırlayıb.
Onun sözlərinə görə, İran nümayəndə heyəti "hər cür yoxlama protokollarını aşdıqları və 11 nüvə bombasına çıxış əldə etdikləri bir vəziyyətə nail olduqları üçün qürur duyurdu".
Vitkoff həmçinin bildirib ki, İran sözçüləri nüvə yanacağını zənginləşdirmək üçün "hüquqlarını" elan ediblər. "Biz cavab verdik ki, sizi dayandırmaq üçün də bizim ayrılmaz hüququmuz var", o əlavə edib. ABŞ-ın xüsusi elçisi həmçinin xatırladıb ki, İran uranı zənginləşdirmək hüququnu "başlanğıc nöqtəsi" kimi göstərib.
"Və mən və Jared [Kushner] çaşqınlıqla bir-birimizə baxdıq və dedik ki, 'İndi həqiqətən çətinlik çəkirik'", - deyə Vittkoff xatırlayıb.
SAMİRƏ