İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində ABŞ əsgərlərinin toplaşdığı ərazini kamikaze dronları ilə hədəf aldığını açıqlayıb. Hədəf alınan ərazidə 160-dan çox ABŞ Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin olduğu və ən azı 40 Amerika əsgərinin öldürüldüyü, 70-nin isə yaralandığı iddia edilib. İnqilab Keşikçiləri Korpusunun bəyanatında deyilirdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri BƏƏ-nin Dubay şəhərində ABŞ hərbçilərinin toplaşma nöqtələrindən birinə dron hücumu həyata keçirib. İRADƏ