İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş Qərargah rəisinin müşaviri, briqada generalı İbrahim Cabbari, Hörmüz boğazını tankerlərin hərəkəti üçün bağladıqlarını və oradan keçməyə çalışan hər hansı bir gəmini hədəf alacaqlarını bildirib.
İran dövlət televiziyasında çıxış edən Cabbari, ABŞ-İsrail hücumlarına cavab olaraq, Hörmüz boğazından keçməyə icazə verməyəcəklərini bildirib.
"Hörmüz boğazı bağlıdır. Biz keçməyə çalışan hər hansı bir gəmiyə hücum edib yandıracağıq. İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrində və Quru Qoşunlarında olan qəhrəmanlarımız tərəfindən keçməyə çalışan gəmiləri yandırılacaq.
Bu bölgəyə gəlməyin. Neftin qiyməti 82 dollara çatıb və dünya, şübhəsiz ki, onun ən azı 200 dollara çatacağını gözləyir. Biz həmçinin neft boru kəmərlərinə hücum edəcəyik və bölgədən bir damla neftin çıxmasına icazə verməyəcəyik".
SEPAH bundan əvvəl Hörmüz boğazından keçməyə çalışan ABŞ-ın müttəfiqlərinə aid neft tankerinin iki dron tərəfindən vurulduğunu açıqlayıb.
Tahir TAĞIYEV