Qətər Müdafiə Nazirliyi İrandan gələn iki SU-24 qırıcı təyyarəsinin Qətər Əmirliyi Hərbi Hava Qüvvələri tərəfindən vurulduğunu, 7 ballistik raket və 5 pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
Nazirliyin yazılı açıqlamasında əməliyyat planına uyğun olaraq, hücum cəhdinə dərhal cavab verildiyi bildirilir.
Açıqlamada İrandan gəldiyi deyilən iki SU-24 təyyarəsinin vurulduğu və yeddi ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən hədəflərinə çatmadan məhv edildiyi qeyd olunub.
Həmçinin, Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri və Qətər Əmirliyinin Hərbi Dəniz Qüvvələri tərəfindən beş PUA-nın zərərsizləşdirildiyi bildirilib.
Tahir TAĞIYEV