Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, ABŞ və İsrailin başlatdığı hücum səbəbindən İranın nüvə silahlarının hazırlanmasını sürətləndirəcəyini bildirib.
TASS xəbər agentliyinə açıqlama verən Medvedev, ABŞ-ın İrana hücum etməklə amerikalıları təhlükəyə atdığını vurğulayıb: "İndi İranın nüvə silahlarının inkişaf etdirilməsi səylərini ikiqat artıracağına şübhə yoxdur".
Medvedev bildirib ki, hər hansı bir hadisə, nə qədər kiçik olsa da, Üçüncü Dünya Müharibəsini tətikləyə bilər: "Əgər ABŞ prezidenti Donald Tramp çılğın və cinayətkar siyasətini davam etdirərsə, Üçüncü Dünya Müharibəsi şübhəsiz ki, başlayacaq".
Medvedev bildirib ki, belə bir vəziyyət hələ başlamayıb, lakin ABŞ İranda rejim dəyişikliyi ritorikasını davam etdirərsə, risk artacaq.
Medvedev Avropa Birliyini də hədəf alıb. Bildirib ki, onlar İran məsələsində "ABŞ-ın vassalı" kimi davranırlar: "Bu, ABŞ və müttəfiqləri tərəfindən qlobal dominantlığını qorumaq üçün aparılan müharibədir".
Nüvə münaqişəsi ehtimalına da toxunan Rusiya rəsmisi, belə bir ssenarinin keçmiş atom bombası hücumlarından daha dağıdıcı nəticələrə səbəb olacağını bildirib.
Tahir TAĞIYEV