ABŞ və İsrailin İrana birgə hücumlarından sonra qlobal enerji təchizatı ilə bağlı narahatlıqları da artırıb. Həftəsonu ABŞ və İsrailin İrana qarşı başlatdığı birgə hücumlardan sonra qlobal enerji təchizatı üçün vacib olan Hörmüz boğazından tankerlərin keçidi demək olar ki, tam dayanıb.
Dünyanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracının təxminən 20%-nin keçdiyi bu strateji keçiddəki fasilələr, təbii qazın xüsusən də Avropada kəskin bahalaşmasına səbəb olub.
İrandan atılan dronların Qətərin Ras Laffan Sənaye Şəhərindəki Qatar Energy şirkətinin LNG istehsal müəssisəsini hədəf almasının ardından şirkətin buradan LNG istehsalını dayandırmasına səbəb olub ki, bu da qiymətlərin kəskin artmasında təsirli rol oynayıb.
Avropada qaz qiymətləri gün ərzində 48 avroya yüksəlib. Qiymətlərdə 27 fevralda əvvəlki günə nisbətən 35,5% artım olduğu müəyyən edilib.
Dar bir su yolu olan Hörmüz boğazı Yaxın Şərq neftini və mayeləşdirilmiş təbii qazı Ərəbistan dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına çıxarır. Qlobal LNG ixracının təxminən 20 faizi bu boğazdan keçir. Ən böyük LNG ixracatçılarından biri olan Qətərin LNG ixracatının demək olar ki, hamısı Hörmüz boğazı vasitəsilə beynəlxalq bazarlara çıxır.
Tahir TAĞIYEV