ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana hücumlar nəticəsində ölən amerikalı əsgərlərinin sayının altıya çatdığını açıqlayıb.
CENTCOM-un sosial media hesabında ABŞ ordusunun itkiləri ilə bağlı açıqlamada deyilir: "2 mart saat 16:00-a olan məlumata görə, döyüşdə altı ABŞ əsgəri həlak olub. ABŞ qüvvələri bu yaxınlarda İranın bölgədəki ilk hücumları zamanı vurulan bir obyektdən əvvəllər itkin düşdüyü bildirilən iki əsgərin cəsədini tapıblar".
Tahir TAĞIYEV