ABŞ prezidenti Donald Tramp ABŞ və İsrailin İrana hücumları ilə bağlı yeni bir açıqlama verib.
Sosial media hesabı vasitəsilə siyasi rəqiblərini hədəf alan Tramp bildirib ki, "Yolunu tamamilə itirmiş radikal solçu Demokratlar ABŞ və İsrailin İrana qarşı tamamilə zəruri və vacib hücumundan acı şikayət edirlər.
Əksər insanların başa düşdüyü odur ki, onlar yalnız bunu etdiyim üçün şikayət edirlər. Əgər mən bunu etməsəydim, onlar qışqıracaqdılar: "Tramp niyə İrana hücum etmədi? O bunu dərhal etməli idi!" Bunda təəccüblü bir şey yoxdur." Onu tənqid edən Demokratların Amerika xalqının maraqlarını müdafiə etmədiyini iddia edən Tramp deyib: "Həqiqət budur ki, nə etsəm də, onlar buna qarşı olacaqlar. Bu insanlar xəstə, dəli və çılğındırlar."
Bu insanlara baxmayaraq, Tramp bildirib ki, ABŞ hazırda "hər zamankindən daha böyük, daha yaxşı və güclüdür".
SAMİRƏ