Beynəlxalq idman təşkilatları İranla bağlı hadisələrdən sonra ABŞ-a qarşı sanksiyalar tətbiq etməyə cəsarət etməyəcəklər.
Bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında səsləndirib.
"Həmkarlarınız dəfələrlə ictimai məkanda belə suallarla müraciət ediblər. Məsələn, Beynəlxalq Paralimpiya Komitəsi, onun hər hansı bir qərar qəbul edib-etməyəcəyi, Olimpiya Komitəsi və idman yarışlarını təşkil edən digər federasiyalar barədə soruşublar. Cavab yoxdur və heç kimin belə addımlara cəsarət etməyəcəyi açıq-aydındır", - deyə o bildirib.
SAMİRƏ