Cümə günü, 06 noyabr 2026
     

Umud Rəhimoğlu: “Mənə “Qarabağ” adı qoymuşdular” - MÜSAHİBƏ

Image


Fevralın 1-də 65 yaşı tamam olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təsisçisi və sədri Umud Rəhimoğlu (Mirzəyev) müsahibimizdir.

- Umud müəllim, 65 yaşınızı necə təsəvvür edirdiniz?

- Bir az çətin sual oldu. Özümü təxminən 18 yaşında olan bir adam kimi görürəm.

- Belə başa düşdük ki, siz özünüzün heç vaxt 65 yaşınızı təsəvvür etməmisiniz, çünki ruhunuz 18 yaşlı insanın ruhudur. Bunun bir səbəbi var?

- Gəncliyimizdə kənddə olan yaşlı adamlara baxırdıq, deyirdik ki, biz gəlib o yaşı fəth edə biləcəyikmi? İllər keçir, bu gün geriyə baxıb fikirləşirsən ki, bu zaman, bu vaxt niyə belə sürətlə keçib getdi? Bu sualı düşünürkən yaddaşımdan çox şeylər keçir. Gördüyüm işlər, məni əhatə edən aura, ağrı-acılar, çətinliklər, dost sevisi, dost münasibəti və sair o qədər sıx olub ki, zamanın keçdiyinin fərqində olmamışam. Mən heç nədən özünə işlər icad edən birisiyəm. O üzdən insan iş görərkən, hansısa məsələnin həlli üçün çalışarkən zamandan xəbəri olmur, zaman onun böyründən xəlvətcə ötüb keçir.

- Təmtaraqlı ad günü keçirmisinizmi heç? Ümumiyyətlə, ad günlərinizi necə keçirirsiniz? Uşaq vaxtı necə, ad gününüzü ata-ananız qeyd edirdimi?

- Mənim ad günüm heç vaxt olmayıb, heç keçirməmişəm. Yanvarın 30-da Mətbuat Şurasında 65 illiyimlə bağlı tədbir keçirildi, Azərbaycan Yazıçılar Birliyində bir tədbir planlaşdırılır. Dostlar sağdan-soldan üstümə düşürlər ki, onu edək, bunu edək.

Kənddə zəhmətkeş bir ailədə böyümüşəm. Valideynlərim heç vaxt ad günümü keçirməyiblər. Bu imkansızlığa görə deyildi. Hər şeyimiz olub, nə uşaqlığımda, nə gəncliyimdə çətinlik çəkməmişəm. Valideynlərim zəhmətkeş olub deyə evimizdə heç bir problemimiz olmayıb. Ata-anamdan mənə qalan ən böyük varidat da onlardan gələn işgüzar, zəhmətkeş olmaq genidir. Bunu mənə ötürüblər. Bəlkə də ona görədir ki, mənim bu keçib gedən zamandan xəbərim olmayıb. Başım işlərə qarışıb.

- Sizi sevindirən və kədərləndirən nədir?

- Ömrümün tən yarısı kədərlə keçib. Ona görə ki, torpaqlarımız, yurdumuz-yuvamız, el-obamız işğal altında idi, qohum-əqrabamız, yaxınlarımız qaçqın düşüb çadırlarda yaşayıblar, ağrı-acılar yaşayıblar. Bu ağrı-acıları da bütün vücudumla hiss etmişəm.

- Kəndiniz işğal olunanda neçə yaşınız vardı?

- Mənim kəndim 32 yaşımda işğal olundu, amma ondan əvvəl Qərbi Zəngəzuru pərən-pərən salmışdılar. Anam Zəngəzur qızıdır. Qohum-əqrabalarım Qarakilsədən, Zəngəzur mahalından didərgin salınmışdılar. Keçən əsrin 80-ci illərinin sonlarında onlar öz doğma yurdlarından deportasiya olundular, bir hissəsi Qabağa gəldilər, bir hissəsi də Azərbaycanın müxtəlif yerlərinə səpələndilər. 1993-cü ildə də doğulduğum Füzuli rayonun Aşağı Əbdürrəhmanlı kəndi, Füzuli özü işğal olundu. Amma 1993-cü ilə qədər Qarabağ bölgəsinin bir sıra əraziləri işğal olunmuşdu, Xocalı soyqırımını, Qaradağlı, Cəmilli faciələrini yaşamışdıq, Şuşa işğala məruz qalmışdı. Çox saylı faciələri görmüşdük, Kəlbəcər işğal olunmuşdu.

- Nədən qorxursunuz? Nəyisə itirməkdən qorxduğunuz vaxt olubmu?

- Mənim qorxu hissim olmayıb, heç nədən qorxmamışam. İşğal dövründə bir an da olsun torpaqlarımızın itirilməsi barədə düşünməmişəm. Heç zaman ağlıma sığışmayıb ki, biz bu torpaqlar əldən getdi. Saysız dostlarımla beynəlxalq təşkilatlardakı ekspertlərlə, "artıq Qarabağ getdi əlinizi üzün" deyənlərlə böyük davalarımız olub. Yeri gəlmişkən, beynəlxalq qurumlarda məni görən kimi barmaqla göstərirdilər ki, "Qarabağ gəldi". Mənə "Qarabağ" adı qoymuşdular. Həyatımın, varlığımın mənası Qarabağ oldu, belə yaşadıq.

- Şeir yazsanız da, sonra taleyiniz başqa cür oldu...

- Gəncliyimdə gözəl lirik şeirlər yazardım, yazar idim. 18 yaşım olanda çox gözəl şeirlərim vardı. Keçən əsrin 80-ci illərində məni yaxşı qələm sahibi kimi tanıyırdılar. Qarabağ faciəsi taleyimi dəyişdi, vətəndaş cəmiyyəti nümayəndəsinə çevrildim. Amma bununla belə, şeir içimdə körüklənirdi. Qələmi yüz faiz kənara qoymamışam.

- Bəs nə vaxtdan yazıya könül versiniz? Nədən təsirləndiniz?

- O vaxtdan danışacağam ki, artıq tarixə qovuşub. Azərbaycan mətbuat tarixində özünün xüsusi yeri olan "Araz" qəzeti var idi. Baxmayaraq ki, bölgədə nəşr olunurdu, amma respublika miqyasında maraqla qarşılanan qəzeti idi.

- Səhv etmiriksə, "Araz" qəzeti Füzulidə nəşr olunurdu.

- Bəli. 15-16 yaşımdan həm şeirlərim, həm də publisistik yazılarım həmin qəzetdə çap olunmağa başladı. Sonra yazılarım ölkə mətbuatına çıxdı. "Ədəbiyyat və İncəsənət"də, "Gənclər"də, digər qəzet və dərgilərdə çap oldu. Əsgərliyə getdim, sonra da Moskva həyatı başladı.

- Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində oxumusunuz. Sizi Moskvaya kim göndərdi? Kimlər zəmanət verdi?

- Fikrət Qoca və Elçin Əfəndiyev mənə zəmanət verdilər. M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil aldım, orada müəllimlərimiz Sovet ədəbiyyatında çox böyük nüfuzu olan insanlar idilər. Aleksandr Mixailov, Yevgeni Dolmatevski və başqaları bizim seminarlarımızı aparırdılar. Yəni bizim təhsil ocağı zamanına görə kifayət qədər tanınmış və dünya ədəbiyyatında azdan-çoxdan yer tutan insanların olduğu bir mühit idi.

- Sizə Moskva təhsili nə verdi?

- Moskvaya gedənə qədər qazandığımı qazanmışdım. Orta məktəbi bitirən zaman mindən çox kitab almışdım və hamısını da oxumuşdum, Füzulidə ata evimdə idi o kitablar. O kitabların taleyi yadıma düşdükcə başımdan tüstü çıxır. İşğal dövründə kitablar da başqa şeylərimiz kimi orada qaldı, hamısı dağıldı, yandı kül oldu.

Amma Moskvanın mənim dünyagörüşümün formalaşmasında, yeni əlaqələrin qurulmasında özünəməxsus rolu olur. Bu günkü nailiyyətlərimin yarıdan çoxunda həm də elə Moskvada aldığım təhsilə, o mühitə borcluyam.

Bizim təhsil aldığımız instituta dünyanın hər yanından tələbə gəlirdi, hər il 50-60 nəfər tələbə qəbul olunurdu. Çox prestejli bir institut idi.

- Xaricdən gəlib oxuyan tələbələrlə dostluq edirdinizmi?

- Bəli. Onların bir çoxu ilə bu gün də əlaqələrimiz var. Qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondunu o dostların bir çoxunun dəstəyi ilə yaratdıq. 1992-ci ilin iyun ayının 22-də Azərbaycanın Moskvadakı Nümayəndəliyində 20-yə yaxın insan toplaşdıq və onların bir çoxu tələbə yoldaşlarım idi. Biz o vaxt bu təşkilatı yaratdıq ki, münaqişə bölgələrinə, konflikt zonalarına jurnalistlərin səfərləri təşkil olunsun və həmin bölgələrdən obyektiv informasiya yayılsın. O dövrdə post-Sovet məkanın hər yerində dezinformasiya hökm sürürdü, o cümlədən də Qarabağla bağlı baş verən hadisələrin hamısı ölkə içində və dünyada yanlış şəkildə yayımlanırdı. Bunun aradan qaldırılması üçün biz düşündük ki, bir vətəndaş cəmiyyəti qurumu yaradaq və bu məsələdə dəstək olaq.

- Dostlarınız çoxdumu?

- Dünyanın dörd bir yanında çoxlu dostlarım var. Çoxsaylı tədbirlərdə görüşdüyüm insanlarla ünsiyyətim olub. Düşüncəmdə bir nöqtə olub ki, mən bu insanı Azərbaycana necə qazandıra bilərəm? Bu mənim sevdam olub. Özüm və ailəm haqqında düşünməmişəm, Azərbaycanı düşünmüşəm. Ölkəmizə qazandırdığım çoxsaylı insanların da Azərbaycan üçün böyük faydası olub. Birinci Qarabağ müharibəsi dövründə 100-dən çox jurnalistin Qarabağ bölgəsinə səfərini təşkil etmişəm və onların hamısı da Azərbaycanın həqiqətlərini ölkəmizdən kənarda işıqlandırıblar...

- İndiyə qədər aldığınız ən yaddaqalan mükafatınız nə olub?

- Ölkənin tanınmış ziyalılarının barəmdə fikirlərini eşidirəm, mən bundan böyük mükafat təsəvvür etmirəm. Mənim üçün ən böyük mükafat insanların rəğbətini, sevgisini qazanmaqdır.

Vaxtilə cənab Prezidentin Sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" fəxri adı almışam, Cumhuriyyətimizin 100 illiyi medalının sahibiyəm. Bu yaxınlarda Azərbaycan milli mətbuatının 150 illik yubileyi medalı ilə təltif olunmuşam. Gördüyüm işləri mükafat təmənnası ilə görməmişəm. Yəni qarşılıq gözləməmişik.

Əlbəttə, mükafatın olması yaxşıdır, amma heç vaxt onun haqqında düşünməmişəm, onun üçün çalışmamışam. Mən dövlətim üçün etdiklərimi candan-könüldən etmişəm, mükafat üçün etməmişəm.

- Ailə sizin üçün nədir? Bu qədər işin içində ailənizə vaxt ayıra bilirsizmi?

- Mənim gördüyüm işlərin bəlkə də yarıdan çoxu ailəmin hesabına olub. Desəm ki, ailəmə böyük zaman ayırmışam, düzgün olmazdı. Bu mənim ən yaralı yerim, ən ağrılı tərəfimdir ki, ailəmə, övladlarıma diqqət, zaman ayırmağa elə də böyük imkanlarım olmayıb. Ailəmdə mənimlə eyni savaşda, eyni səngərdə olub. İki qızım, bir oğlum var. Qızımın biri "Əl-Cəzirə" televiziyasında işləyir. Baxmayaraq ki, oğlum Amerikada təhsil alan, iki diplomla qayıdan müdavimlərdən biridir, amma o, mənim yanımda işləyir, indi də gördüyümüz işlərdə mənə dəstək olur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ