Trampın seçiciləri ABŞ-ın digər ölkələrə müdaxiləsini dəstəkləyir.
Bunu Public First tərəfindən Politico üçün keçirilən yeni sorğu təsdiq edib.
Sorğunun nəticələri göstərib ki, Prezident Donald Trampın bazasında potensial xarici hərbi əməliyyatlara dəstək artır.
Belə ki, Donald Tramp seçicilərinin 65%-i ABŞ-ın xaricdə hərbi əməliyyatlarının mümkünlüyünü təsdiqləyir. İranla hərbi münaqişə ideyası isə ən çox dəstək alıb və respondentlərin 50%-i bunu dəstəkləyir. Onların 32%-i Meksikada, 30%-i Kolumbiyada, 28%-i isə Kubada ABŞ tərəfindən hərbi əməliyyatın keçirilməsini mümkün sayıb.
"Qrenlandiyanı fəth etmək" üçün hərbi müdaxiləni isə Tramp tərəfdarlarının 21%-i dəstəkləyib.
SAMİRƏ