ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən kabinet iclasında Rusiya prezidenti Vladimir Putindən "şiddətli soyuq hava" səbəbindən Ukraynaya hücumları bir həftə dayandırmasını istədiyini və Putinin də onunla razılaşdığını bildirib.
Tramp görüşün tarixini açıqlamayıb. "Mən şəxsən bunu istədim", - deyə Tramp Putinin təklifi qəbul etməsini "çox məmnunedici" adlandırıb.
Tramp bəzi insanların Rusiya tərəfinin bunu qəbul etməyəcəyini proqnozlaşdırdığını söyləyib: "Amma qəbul etdilər və biz çox məmnunuq".
O, ukraynalıların "demək olar ki, buna inana bilmədiklərini", lakin "çox xoşbəxt olduqlarını" iddia edib.
Kreml hələ Trampın açıqlamalarını rəsmi olaraq təsdiqləməyib. Daha əvvəl sosial mediada "enerji atəşkəsi" iddiaları ortaya atılmışdı, lakin nə Kreml, nə də Ukrayna bunu təsdiqləməyib.
Lakin Ukrayna rəsmiləri Trampın Putindən xahişini onun son açıqlamalarından öyrəniblər. “Financial Times”a danışan rəsmilər bildiriblər ki, Kiyev Moskvadan belə bir siqnal almayıb və sözdə "enerji atəşkəsi"nin həqiqətən qüvvəyə minib-minməyəcəyindən əmin deyillər.
Tramp həmçinin Rusiya-Ukrayna danışıqlarında "böyük irəliləyiş" olduğunu bildirib və bu fikirləri görüşdə çıxış edən xüsusi elçi Stiv Uitkoff da təkrarlayıb.
TAHİR