Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Erməni iş adamları da Azərbaycan üzərindən tranzitə böyük maraq göstərməyə başladılar

Image


"Larsda 6 metr qar yağsa belə, maye qaz və bitum fasiləsiz olaraq Ermənistana daxil olacaq". Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib. O, Ermənistan və Azərbaycan arasında yeni razılaşmalar fonunda bundan əminliyini bildirib.

Xatırladaq ki, İrəvanla Bakı maye qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə Ermənistana dəmir yolu ilə daşınması barədə razılığa gəliblər. İqtisadiyyat naziri bildirib ki, erməni iş adamları artıq bu fürsətdən yararlana bilərlər. O da məlumdur ki. son günlərdə Larsi yolunun bağlanması və İranda kütləvi etirazlar səbəbindən Ermənistan bazarında maye qazın ciddi çatışmazlığı yaranıb . Erməni sürücüləri maye qaz tapmaqda çətinlik çəkməklə yanaşı, yanacağın qiyməti də 190 dramdan 300 drama qədər yüksəlib ki, bu da istehlakçıların narazılığına səbəb olub. Artıq Azərbaycan tərəfi ilə maye qazın, eləcə də bitumun Azərbaycan dəmir yolu vasitəsilə daşınması barədə razılıq əldə edildiyindən, iqtisadiyyat naziri əmindir ki, Larsdakı yol bağlansa belə, həmin marşrut işləyəcək və yanacaq Ermənistana çatacaq. Qiymətlər də ucuzlaşacaq.

Azərbaycan ərazisindən yanacaq idxalından sonra qiymətlərdə dəyişiklik olub-olmadığı barədə sualına nazir belə cavab verib: “Məqsəd həmişə malların mümkün qədər davamlılığını təmin etmək və təbii ki, nəqliyyat xərclərini və nəticədə maya dəyərini azaltmaqdır”. İqtisadiyyat naziri son razılaşmanı Ermənistan tərəfindən kimin Bakı ilə müzakirə etdiyini açıqlamaqdan imtina edib və qeyd edib ki, danışıqlar aparan şəxs zəruri hesab edərsə, bu barədə məlumat verəcək. Burada bir daha xatırladaq ki, ötən ilin oktyabr ayında prezident İlham Əliyev Azərbaycanın Ermənistana malların tranzitinə qoyulan qadağanı ləğv olunduğunu elan edib. Artıq noyabr ayında Rusiya və Qazaxıstan mənşəli buğda Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınıb. Ötən ilin dekabr ayında Sovet İttifaqının dağılmasından bəri ilk dəfə olaraq Ermənistana təxminən 1300 ton Azərbaycan benzini idxal edilib . Bu ilin yanvar ayında daha 2800 ton premium və adi Azərbaycan benzini, eləcə də dizel yanacağı idxal edilib. Azərbaycan benzininin idxalından bir ay sonra Ermənistan bazarında benzinin qiyməti 60 drama qədər ucuzlaşıb. Ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, premium benzinin minimum qiyməti, yəni bazarda əldə edilə bilən qiymət 15 faiz azalıb və əvvəlki 510 dram əvəzinə litri 430 dramdır. Əgər dekabr ayına qədər premium benzin 520-550 drama satılırdısa, indi əsas bazar oyunçuları bu yanacağı 470-490 drama satırlar. Adi benzinin qiymətləri də düşüb. Erməni jurnalist Hakop Köçəryan qeyd edir ki, həqiqətən də Azərbaycan benzininin idxalından sonra Ermənistanda yanacağın ucuzlaşması müşahidə edilir. Onun sözlərinə görə, Azərbaycan benzini satmayan şirkətlər bazarda mövqelərini qorumaq üçün qiymətləri endirmək məcburiyyətində qaldılar: “Çünki Azərbaycan benzini satan şirkətlərin qiymətləri çox münasib olub və bu, digərlərinin bazarı itirməsi təhlükəsini yaradıb. Lakin həmin şirkətlər qiyməti endirsələr belə, Azərbaycan benzini satan şirkətlərdəki qiymətlərlə müqayisədə yenə də bahadır. Bu, o deməkdir ki, Azərbaycan benzini satmayan şirkətlər tezliklə iflasa uğrayacaq və bazardan çıxacaqlar”. Erməni jurnalist iddia edir ki, Ermənistan Azərbaycan benzininin tam dominantlığı altına düşəcək.

Bütün bunlar fonunda hakim partiyadan millət vəkili Xaçatur Sukiasyanın ailəsinə məxsus yanacaq idxalı şirkəti olan “Mega Trade” hazırda Azərbaycan üzərindən maye qaz idxalının biznes üçün yeni fürsət olduğunu bildirir. Buna qədər “Mega Trade” Gürcüstan vasitəsilə Rusiyadan mayeləşdirilmiş qaz idxal edib. Şirkətin direktoru Karen Hayriyan a bildirib ki, onlar Azərbaycan dəmir yolları vasitəsilə maye qaz idxal imkanlarını dəqiq öyrənməlidirlər: "Bu, tarifdən, daşınma xərcindən, həmin marşrutun iş yükündən asılı olacaq, bir çox iqtisadi amillər var. Əlbəttə ki, əlavə marşrut yalnız müsbət təsir göstərəcək. Sahibkarlar qiymətlərə baxacaq, iqtisadi gəlirliliyi qiymətləndirəcəklər. Bir marşrut əvəzinə iki alternativ marşrut varsa, bu həmişə yaxşıdır. Əlbəttə ki, bu istiqamət sahibkarlar olaraq bizi maraqlandırmaya bilməz, amma öyrənilməlidir". Yol tikintisində və tikintidə mühüm material kimi istifadə edilən bituma gəldikdə isə, bu bazarda vəziyyət zaman-zaman pisləşir. Məsələn, ötən yay İran-İsrail müharibəsi zamanı İrandan Ermənistana bitum idxalı demək olar ki, dayandırılmış, idxalçılar ehtiyatlarını tükətmişdilər. Bu neft məhsulunu təkcə İrandan deyil, həm də Rusiyadan alan Ermənistan ötən il təxminən 100 min ton bitum idxal edib. Neft məhsullarının idxalı üçün alternativ imkanlarla paralel olaraq, Ermənistanın özündə bitum istehsalını təşkil etmək cəhdləri edilir, lakin hələlik heç bir praktik nəticə əldə edilməyib. Hakim partiyadan millət vəkili Xaçatur Sukiasyanın ailəsinə məxsus “Mega Production” şirkəti, əvvəllər Rusiyanın “Rosneft” şirkətinə məxsus olan “Surenavan” bitum zavodunu 2022-ci ilin sonlarında satın alıb. Lakin “Surenavan” bitum zavodu hələlik heç bir məhsul istehsal etmir, zavodun hələ də əlavə investisiyalara ehtiyacı var. Bu fonda “Qraparak” nəşrinə Ermənistan hökumətindəki mənbələr bildirib ki, Azərbaycandan Ermənistana taxıl və dizel yanacağının idxalı ilə paralel olaraq, şəkər idxalı ilə bağlı danışıqlar və işlər də aparılır: “Mövcud hakimiyyətin mərkəzində olan oliqarx, şəkər idxalının inhisarçısı Samvel Aleksanyanın bu məsələ ilə maraqlandığı və yaxın gələcəkdə onun bu arzusunun gerçəkləşəcəyi bildirilir. Xatırladaq ki, Azərbaycandan taxıl idxal edən şirkət Samvel Aleksanyana məxsusdur və benzin idxalçıları arasında iş adamının həyat yoldaşı Şoqerinanın qardaşı Samvel Mkrtçyana məxsus “Shisha World” şirkəti də var”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ