Cümə günü, 06 noyabr 2026
     

Onlarla şəhid ailəsi “44 gün - Tarixi zəfər" kitabının təqdimatına toplaşdı... - FOTO

Image


Nəzakət Məmmədova: “Redaksiyanın bugünkü təqdimatı “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildində adları keçmiş Yasamal rayon şəhidlərinə həsr edilib”

Şəhidlər Vətən torpağının yaddaşına, milli dövlətçilik tariximizə və ürəklərimizə öz adlarını qızıl hərflərlə yazdılar. Onların qısa, lakin mənalı və məzmunlu ömür yolunu, solmaz xatirələrini Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası ərsəyə gətirdiyi nəşrlərdə əbədiləşdirir. Bu nəşrlər qəhrəman Vətən oğullarının adlarını əbədiyyətə qədər unudulmağa qoymayacaq, onlar hər zaman xatırlanacaq.

YAP Yasamal rayon təşkilatının binasında bir canlanma var, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, millət vəklilləri, tanınmış şəxslər Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük zəhmət və fədakarlıqla hazırlayıb nəşr etdiyi “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatına yığışıblar.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabının Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı ilə birgə “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimatını keçirdi. Digər üç cilddə olduğu kimi bu cilddə də Vətən uğrunda şəhid olmuş şəxslər haqqında ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib.

Sinələrinin qəhrəman oğulların şəkilləri bəzəyən şəhid ata və anaları, bacı-qardaşları, yaxınları çox həyacanlıdırlar, gözlərində kədər, ürəklərində qəm olan bu insanlar tezliklə təqdimatı keçirilən kitaba qovuşmaq istəyirlər. O kitablara övladları kimi baxırlar.

Dövlət himninin səslənməsi və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev açdı. Respublika Xatirə Kitabı Redaksiyasının yaranmasının 30 illiyinə həsr olunan videoçarx nümayiş olundu.
Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir.

Nəzakət Məmmədova vurğuladı: “Məlumat üçün demək istəyirəm ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir.

Respublika Xatirə Kitabında əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır, bugünkü və gələcək nəsillər üçün tarixi hadisə kimi xarakterizə edilir”.

N.Məmmədova vurğuladı ki, II Dünya müharibəsi başlayanda Azərbaycan Respublikasının əhalisi 3,4 milyon olmuşdur. Baş redaktor qeyd etdi ki, onun 700 minə yaxın vətəndaşı müharibəyə çağırılıb (10 min nəfəri qadın olmaqla), 300 minə yaxın vətəndaş müharibədən qayıtmamışdır. “90-cı illərdə Rusiya keçmiş 15 müttəfiq respublikada II Dünya müharibəsi zamanı həlak olanlar haqqında ensiklopedik toplunun çıxarılmasına qərar vermişdir. Ümumilikdə 1400 kitabın çapı nəzərdə tutlmuşdur ki, bunun 20 cildi Azərbaycanın payına düşmüşdür.

Redaksiyamız II Dünya müharibəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qaydada təşkil edib və bu işə müqəddəs vəzifə kimi yanaşıb. Bu münasibətlə redaksiya həm də “Qələbə-75” və “Qələbə-80: Azərbaycan xalqının mübarizə əzmi” xüsusi buraxılışlarını da çap etdirib.

Redaksiya bu qəbildən eləcə də “Tarixin qan yaddaşı”, “223-cü Qırmızı Bayraqlı Belqrad Diviziyası”, “Gözlə məni, ana”, “Vətənin şöhrətini ucaldanlar” və s. kitablar dərc etdirib. Azərbaycanın Milli Qəhrəmanları haqqında kitablar da dərc edilib.

Əbəs yerə bu kitabları qan yaddaşımızın abidəsi adlandırımrıq. Çünki bu kitablarda tariximiz, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir və burada “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” prinsipi əsas götürülür”.

N.Məmmədova çıxışında bildirdi ki, 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə daha məsuliyyətli bir araşdırmaya başlayıb. “Aparılan iş birliyinin məqsədi Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması əsas prioritet kimi qəbul olunub. Redaksiya bununla bağlı iki dildə (Azərbaycan və ingilis dillərində) 4 cilddə kitab nəşr etdirib. Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibələrində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 10 kitab nəşr etdirib, həmin kitabların təqdimatını keçirib. Layihə üzrə işlər hazırda da davam etdirilir.

Redaksiyamız eyni zamanda, «Vətən daşı... və ya 44 günün dastanı» adlı layihə əsasında 8 sənədli film də çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Respublika Xatirə Kitabı Redaksiyası ümummilli liderin 100 illiyi ilə əlaqədar “2023-cü il – Heydər Əliyev İli”ndə “Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır” adlı kitab nəşr etdirib. Bu kitab xalqımızın xilaskarı, dövlətçiliyimizin, Konstitusiyamızın və qanunlarımızın qarantı Heydər Əliyevə tərəfimizdən bir vəfa borcudur. 7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində həmin kitabın təqdimatı keçirilib.

Böyük Qələbə hissini bizə yaşadan 3 mindən çox şəhidimizin (Aprel döyüşlərində, Tovuz hadisələrində, 44 günlük Vətən müharibəsində, müharibədən sonrakı dövrdə, antiterror əməliyyatlarında) adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – Tarixi zəfər” adlı 4 cilddə kitab nəşr edilib, onların təqdimatları keçirilib”.

N.Məmmədova dedi ki, redaksiya hazırda Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nəsillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəyyənləşdirmək istiqamətində atılacaq addımlara vacib iş kimi yanaşılır: “Birinci Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə təxmini olaraq 10 cild kitabın hazırlanması nəzərdə tutulub.

Respublika Xatirə Kitabı qan yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Redaksiyanın bugünkü təqdimatı “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildində adları keçmiş Yasamal rayon şəhidlərinə həsr edilib.

Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir”.

Tədbirdə millət vəkili Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov, Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev çıxışlarında Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi işləri çox yüksək dəyərləndirdilər. Onlar torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əbədi yaşayacağını, onların adlarının ürəklərə qızıl hərflərlə həkk olunduğunu dedilər.
Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək “torpaq, Bayraq müqəddəsdir və o bu müqəddəs amal uğrunda canını fəda etməkdən çəkinmədi. Həmişə dediyim bir söz var: hər şəhidin arxasınca bir ana şəhid olur”-dedi və bu sözlərlə oğlunu və digər şəhidlərimizi xatırladı.

Millət vəkili Ceyhun Məmmədov çıxışında bildirdi:“Bu gün biz önəmli bir kitabın təqdimatı ilə bağlı bir araya gəlmişik. Bir neçə dəfə Xatirə Kitabı Redaksiyasının tədbirlərində iştirak etmişik. İllər əvvəl ulu öndər belə önəmli, müdrik qərar qəbul edərək bu redaksiyanı yaratdı. Bizim qarşımızda duran missiya odur ki, biz şəhidlərimizi heç vaxt unutmayaq”.

Tədbirin sonunda "44 gün – Tarixi zəfər" adlı çoxcildliyik şəhid ailələrinə təqdim edildi. Böyük həyacanla, əlləri titrəyə-titrəyə vərəqləyirlər kitabı, oğullarının şəkillərini görər-görməz səhifəni dodaqlarına yaxınlaşdırırlar. Atalar-analar şəkilə dönmüş balalarını öpürlər... Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi “44 gün – Tarixi zəfər” çoxcildliyi onlar üçün böyük təsəllidir…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ