Prezident İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsenti qəbul edib.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Sonra səfirlə söhbət edən dövlət başçısı coğrafi baxımdan ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyərək, siyasi əlaqələrin inkişafını məmnunluqla vurğulayıb.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə siyasi, iqtisadi, yaşıl enerji və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşdirilməsi işində mühüm rol oynadığı vurğulanıb. Gələn il diplomatik münasibətlərimizin 35-ci ildönümünün qeyd ediləcəyi bildirilib.