Cümə günü, 06 noyabr 2026
     

Ermənistan milləti var ki, Azərbaycan milləti də olsun?! - Ya azər, ya azəri, ya türk...

Image


Hafiz Cabbarov: "Azərbaycanlı ifadəsi bir insanın milli mənsubiyyətini deyil, coğrafi məkanını bildirir"

Faiq Ələkbərli: "Milli kimlik kimi türk xalqı adı və türk dili Konstitusiyamızda öz əksini tapmalıdır"

Son günlər "azəri", "azər" milləti ifadəsi ətrafında geniş müzakirələr açılıb. Azərbaycan türklərinin "azəri", yoxsa "azər" adlandırılması ilə bağlı çox böyük mübahisələr yaranıb. Bəziləri "azəri" sözünün bizə aidiyyəti olmadığını, bəziləri isə bunun Cənubi Azərbaycanında yaşayan türk əhalisini ifadə etmək üçün istifadə olunduğunu, "azəri" termininin dil baxımından uydurma və ya tamamilə yad anlayış olmadığını deyir. Məsələn, professor Firudin Cəlilov deyir ki, "azəri" fars sözüdür, bu, "azər" olmalıdır. Bütün bunların fonunda Azərbaycanda xalqının adının nəhayət dəqiq şəkildə müəyyənləşdirməyin vaxtı gəlib çatmayıbmı? İndiyə qədər Azərbaycan xalqı deyilib. Məsələn, Ermənistan, Gürcüstan, Rusiya xalqı var ki, Azərbaycan xalqı da olsun. Nə vaxta qədər millətin adı bu torpağın, yerin adı ilə adlanacaq? Bu ya "azər, ya azəri, ya da türk milləti olaraq müəyyənləşdirilib rəsmiləşdirilməlidir. Əvvəllər deyirdilər ki, Qarabağ problemi var, ölkədə milli birliyi qorumaq lazımdır. Buna görə də, bu kimi məsələlərdən danışmaq olmaz, çünki bu ölkəmizdə yaşayan qeyri-türklərin xətrinə dəyər və sair. Bəyəm Türkiyədə türk milləti, türk xalqı sözü yoxdu? Türk xalqı demirlər? Orada da bir çox millətlər yaşayır, neçə milyon kürd var. Türk sözü orada kimin xətrinə dəyir ki, Azərbaycanda da hansısa etnik qrupun, millətin xətrinə dəysin. Təbii ki, hər bir ölkənin aparıcı etnosu, həmin o dövlətin dövlətçiliyini çiynində saxlayan əsas çoxluq təşkil edən xalq var. O xalqın adı düz qoyulmalıdır. Burada da Azərbaycan dövlətini çiynində saxlayan çox təşkil edən xalq var-türklər. Amma bu xalqın adı düzgün ifadə olunmalı, nəhayət ki, özünə qaytarılmalıdır. "Azər türkü", yoxsa "azəri türkü", hər hansınısa seçib əsaslandırıb bərpa etmək tam yerinə düşərdi. Hər nə olursa bu xalqın adı dövlətin adı ilə yox, öz adı ilə Konstitusiyada yazılmalıdır. Bu xalqın adı Konstitusiyada təsbit olunmalıdır.

"Azərbaycan tarixi" dərsliklərinin həmmüəllifi, tarixçi Hafiz Cabbarov baki-xeber.com-a bildirdi ki, Azərbaycan coğrafiyanın adıdır və bu ad Dərbənddən Həmədana qədər coğrafiyanı əhatə edir. "Bu orta əsrlərin ilk dövrlərində ərəb mənbələrindən tutmuş müasir dövrdə Avropa və rus mənbələrinə qədər bütün mənbələrlə təsdiq edilir. Bu coğrafiyanın dili isə türk dilidir. Nöqtə və nida işarəsi. Əsrlərlə bizimlə birlikdə sevinən, birlikdə kədərlənən talış, ləzgi, avar, saxur, kürd isə qardaşımızdır. "Azəri" ifadəsi milliyətcə Azərbaycan türkü olan, lakin şüur olaraq Pəhləvi sülaləsinin ideoloji nökəri olan Əhməd Kəsrəviyə aiddir. Bu siyasi təbliğat məqsədilə irəli sürülmüş ifadədir. Əslində "azəri" adını icad etmək üçün Kəsrəviyə sifarişi verən siyasi iradə Cənubi Azərbaycanı Şimali Azərbaycandan ayırmaq məqsədini güdürdü. Guya Azərbaycan adı Cənubi Azərbaycanda yaşayan "İran dilli azəri xalqının" adı ilə bağlıdır. Çox təəssüf ki, tarix elmi həmişə siyasi iqtidarların məqsədləri üçün siyasi-ideoloji platsdarm kimi istifadə edilmişdir. Nəticıdə belə süni problemlər yaranmışdır. Bir daha vurğulamaq istəyirəm ki, Dərbənddən Həmədana qədər coğrafiya xalqımızın Azərbaycan adlı vətəni, dili isə türkdür! Qalan fikirlər təfərrüatdır".

Nəhayət ki, xalqımızın adının Konstitusiyada öz adı ilə adlandırılmasına gəlincə, H.Cabbarov bildirdi ki, bu olduqca vacibdir: "Bəli, haqlısınız. Azərbaycan ölkənin və dövlətin adıdır. Bu dövlətin və ölkəninin dominant etnosu Azərbaycan türkləridir. Biz türk adlananda Anadolu türkləri Osmanlı adlanırdı. Sonra Mustafa Kamal Atatürk doğru olaraq dövləti Türkiyə, milləti türk adlandıranda Stalin Azərbaycan türklərini süni "azərbaycanlı" adlandırmaq göstərişi verir. Azərbaycanlı ifadəsi bir insanın milli mənsubiyyətini deyil, coğrafi məkanını bildirir. Azərbaycan Respublikasının bütün vətəndaşları azərbaycanlıdır. Bu üstkimlikdir. Türk, talış, tat, ləzgi və s. isə altkimlik. Baxın millətçiliyin və müasir demokratiyanın yarandığı Fransada bütün vətəndaşlar milliyətindən asılı olmayaraq "fransız" yazılır".

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri, fəlsəfə doktoru Faiq Ələkbərlinin də bu məsələ ilə bağlı fikrini öyrəndik. F.Ələkbərli baki-xeber.com-a bildirdi ki, Azərbaycan əhalisinin, cəmiyyətinin milli və vətəndaş kimliyi dəqiq olmalıdır: "1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yarananda bu məsələlər dəqiq idi. Dövlətimizin adı Azərbaycan Cumhuriyyəti, biz isə millət olaraq da Azərbaycan türkləri adlanırdıq. Siyasi anlamda dövlət kimliyi və vətəndaş kimliyi olaraq bir azərbaycanlı kimliyi də formalaşırdı. Konkret olaraq o dövrdə dilimizin adı türk dili, millətimizin adı da türk idi. İndinin özündə xalqımızın "azəri" adlandırılmasını qətiyyən qəbul etmir. Azərbaycanlı adlandırmaq bir dövlət və vətəndaş kimliyi olaraq mümkündür. Ancaq biz şübhəsiz, türkük və türk milli və sosial kimliyin daşıyıcılarıyıq. Gec-tez Konstitusiyamızda da türk xalqı, türk dili ifadəsi öz əksini tapacaq. Zatən, Azərbaycan dili demək türk dili deməkdir. Yəni mənə elə gəlir ki, bu məsələdə bir dəqiqlik olacaq".

F.Ələkbərli qeyd etdi ki, millətimizin adının Konstutusiyada türk olaraq yazılması daha doğru olardı, türk milli kimliyimiz üç rəngli bayrağımızda da öz əksini tapıb. "Hesab edirəm ki, dövlət kimliyi kimi azərbaycanlı ola bilər. Ancaq milli kimlik kimi türk xalqı adı və türk dili Konstitusiyamızda öz əksini tapmalıdır".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ