Bazar ertəsi günü, 28 sentyabr 2026
     

ABŞ İran liderləri və generallarını vurmaqla ölkədə etirazları yenidən alovlandırmaq istəyir

Image


ABŞ prezidenti Donald Tramp İranda etirazçıları həvəsləndirmək üçün bu ölkənin təhlükəsizlik qüvvələrinə, liderlərinə hədəfli zərbələri nəzərdən keçirir. Bunu “Reuters” çoxsaylı mənbələrə istinadla yazır. İsrail və ərəb rəsmiləri isə hava zərbələrinin teokratik rejimi devirə bilməyəcəyini söyləyib.

Müzakirələrlə tanış iki ABŞ mənbəsinin dediyinə görə, Tramp İranda rejim dəyişikliyi üçün şərait yaratmaq istəyir. Bu ayın əvvəlində ölkə boyunca etirazlar amansızlıqla yatırılıb, minlərlə insan öldürülüb. Mənbələr bildiriblər: “Tramp zorakılıq üçün məsuliyyət daşıyan komandir və qurumları vurmaqla etirazçılarda hökuməti devirə biləcəklərinə inam yaratmaq istəyir”. Trampın köməkçilərinin müzakirə etdiyi digər variant isə qalıcı təsir üçün daha böyük zərbədir, xüsusilə də ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini vura biləcək ballistik raketlərə, yaxud nüvə zənginləşdirmə proqramlarına zərbələr. Digər mənbə isə Trampın hələ hərbi yola əl atmaqla bağlı yekun qərar vermədiyini deyib. Bu həftə ABŞ təyyarədaşıyanı və onu müşayiət edən hərbi gəmilər Yaxın Şərqə çatıb, Trampın hərbi addım atmaq imkanını genişləndirib. O daha öncə zorakılığa görə İranı müdaxilə ilə hədələmişdi. “Reuters”in danışdığı dörd ərəb rəsmisi, üç Qərb diplomatı və Qərbdə bir vəzifəli mənbə bir narahatlığı dilə gətirib. Yəni belə zərbələr nəinki adamları küçələrə çıxarar, qanlı repressiyadan sarsılmış hərəkatı daha da zəiflədə bilər. Yaxın Şərq İnstitutunda İran proqramının direktoru Aleks Vatanka deyib ki, İranda silahlı qüvvələrdən irimiqyaslı qopmalar olmasa, etirazlar qəhrəmanlığı ilə seçilsə də, uğur qazana bilməyəcək. Təhlilçinin fikrincə, ən böyük risk odur ki, İranda Suriyanın ilkin dövrlərindəki kimi parçalanma yaranar, rəqib bölmələr və vilayətlər ərazi, resurs uğrunda mübarizəyə başlar. İranın aparıcı rəsmisi agentliyə deyib ki, Tehran hərbi qarşıdurmaya hazırlaşır, eyni zamanda diplomatik kanallardan istifadə edir. O, Vaşinqtonun diplomatiyaya açıqlıq sərgiləmədiyini əlavə edib. Tramp isə “Truth Sosial” şəbəkəsində İranın tezliklə danışıqlar masasına əyləşəcəyinə ümidini bildirib: “İrana doğru nəhəng bir Armada gedir. O, böyük güc, həvəs və məqsədlə sürətlə irəliləyir. Bu, Venesuelaya göndəriləndən daha böyük bir donanmadır, başında güclü təyyarədaşıyan gəmi dayanıb”. Belə bir vaxtda o da məlum olub ki, ABŞ İranın bölgədəki Amerika qoşunlarına hücum təhlükəsini real hesab edir və İslam Respublikasına qarşı qabaqlayıcı əməliyyat keçirməyi düşünür. ABŞ dövlət katibi Marko Rubionun Senat dinləmələrində bildirdiyi kimi, Vaşinqton Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə hücum təhlükəsi yaranarsa, İrana qarşı qabaqlayıcı zərbə endirməyi istisna etmir. Onun sözlərinə görə, ABŞ prezidenti həmişə bu hüququ özündə saxlayır. Rubio qeyd edib ki, Amerika qoşunları minlərlə İran ballistik raketi və hücum dronlarının təsirli məsafəsindədir. Bütün bu aktivlər Amerikanın mövcudluğuna təhlükə yaradır. Rubionun sözləri Donald Trampın İran rejiminə faktiki olaraq ultimatum verdiyi açıqlaması fonunda səslənib. Ağ Ev rəhbəri Amerika hərbi gəmilərinin “böyük bir armadası”nın İrana doğru irəlilədiyini bəyan edib və Tehranı Vaşinqtonun bu yaxınlarda Venesuelada həyata keçirdiyi əməliyyatdan daha genişmiqyaslı əməliyyatla hədələyib.

Qərb mediası Vaşinqtonun İran yaxınlığında əlavə hərbi qüvvələr yerləşdirdiyini təsdiqləyir. Tehran da öz növbəsində ABŞ-ın hücumu halında İsrail ərazisinə və Yaxın Şərqdəki Amerika bazalarına hücum etməklə hədələyib. ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi ilə İran ətrafında yerləşdirilib. Bundan əlavə, Fars körfəzi boyunca ABŞ hava müdafiəsinin gücləndirildiyi barədə məlumatlar var. “Jerusalem Post”un mənbələri bildirib ki, “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinə İran daxilindəki hədəfləri misli görünməmiş güclə vura bilən yüzlərlə buraxılış qurğusu ilə təchiz olunmuş esminetslər və raket gəmiləri müşayiət edir. “The Economist” jurnalına görə, ABŞ-ın İrana zərbə endirmə ehtimalı olduqca yüksəkdir, lakin Ağ Ev tərəddüd edir: “Tramp hələ yekun qərar verməmiş ola bilər. Lakin bəzi Körfəz rəsmiləri ABŞ-ın İrana kütləvi zərbə endirməsinin ehtimal olunduğunu və Trampın İranın siyasi rəhbərliyini hədəf alacağını deyirlər”. Trampın yaxınlaşan armada ilə bağlı açıqlamaları İranın özündə də şərh olunub. İslam Respublikasının xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Kazem Qərib Abadi bildirib: “ABŞ ilə danışıqlar bizim prioritetimiz deyil; prioritetimiz dövləti müdafiə etməyə 200 faiz hazırlıqdır”. Xatırladaq ki, İranda dekabrın sonlarında etirazlar başlayıb, son bir neçə gündə şiddətlənib və ölkə daxilində yayılıb. İqtisadi tələblərlə başlayan etirazçılar tez bir zamanda siyasi tələblərə keçib və nümayişçilər ilə hüquq-mühafizə orqanları arasında iğtişaşlar və toqquşmalar dünya liderlərinin diqqətini cəlb edib. Bu fonda İsrail hava zərbələrinin islam respublikasını devirəcəyinə inanmadığını deyib. Bunu İsrailin vəzifəli rəsmisi “Reuters”ə deyib. “Rejimi devirmək istəyirsənsə, ayağın oraya dəyməlidir”, – deyən mənbə əlavə edib ki, ABŞ ali dini lider Əli Xameneyini öldürsə belə, İran onun yerinə yeni lider qoyacaq: “Yalnız xaricdən təzyiq və təşkil olunmuş daxili müxalifət İranın siyasi trayektoriyasını dəyişə bilər”. ABŞ-ın keçmiş dövlət katibi, Donald Trampın birinci prezidentlik dövründə bu vəzifəni icra etmiş Mayk Pompeo deyir ki, ABŞ İran rəhbərliyi ilə razılaşmaya ümid bağlamamalıdır. Pompeo bildirib ki, onun fikrincə, İslam Respublikası yalnız güc yolu ilə geri çəkilə bilər: “İran diktaturası razılaşma istədiyini deyə bilər, amma bu rejimi hakimiyyətdə saxlayan istənilən razılaşma mahiyyətcə regional təhlükəsizliklə uyğun gəlmir. Bu, danışıqlar aparıla bilən rejim deyil”. Pompeo ABŞ-ın İrana doğru hərbi gəmilər göndərməsini alqışlayıb, bu ölkədə insanların öz talelərini müəyyən edə bilməsi üçün İran hökumətinə xaricdən ABŞ-ın güclü təzyiqi saxlamasının vacibliyini vurğulayıb.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ