Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ölkənin hava məkanına yaxınlaşan pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Qara dənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın “izi” aşkarlanıb.
Qeyd edilir ki, sözügedən dronun nəzarətdən çıxdığı müəyyən olunub və PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurulub.
TAHİR