çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

“Amnesty İnternational” Qəzza-İsrail məsələsində də ikiüzlülük etdi...

Image


Amnesty International-ın 7 oktyabr 2023-cü il hadisələri ilə bağlı yaydığı son hesabat ilk baxışdan beynəlxalq hüquqa əsaslanan obyektiv sənəd təsiri bağışlasa da, mahiyyət etibarilə dərin qərəz, ikili standart və selektiv yanaşmanın açıq nümunəsidir.

Təşkilat bu hesabatda HƏMAS-ın İsrailə hücumunu və sonrakı hərəkətlərini “bəşəriyyətə qarşı cinayət” kimi qiymətləndirir, lakin eyni zaman kəsiyində və eyni münaqişə çərçivəsində İsrail ordusunun törətdiyi misli görünməmiş kütləvi qırğınlar haqqında bir kəlmə belə yazmır. Bu susqunluq təsadüf deyil, siyasi mövqedir.

Amnesty International HƏMAS-ın 7 oktyabr hücumunda mülki şəxslərin qəsdən öldürüldüyünü, girov götürüldüyünü və zorakılıq törədildiyini əsas gətirərək, “mülki əhaliyə qarşı geniş və sistemli hücum” meyarının ödəndiyini bildirir. Beynəlxalq hüquq baxımından bu arqument formaca düzgün görünə bilər. Lakin sual yaranır: eyni hüquqi meyarlar niyə İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlara tətbiq edilmir?

Faktlar son dərəcə ağırdır və rəqəmlər hər şeyi açıq şəkildə göstərir. Qəzzada həlak olanların sayı 68-69 min nəfərə çatıb. Bu insanların cəmi 8-9 min nəfəri HƏMAS üzvü kimi tanınıb. Deməli, təxminən 60 min nəfər tamamilə mülki əhalidir. Onların arasında 0–17 yaş arası 20 min uşaq, qayğıya ehtiyacı olan təxminən 10 min qoca və 5 minə yaxın qadın var. Bu insanlar İsrail ordusunun aviasiya, artilleriya və dron zərbələri nəticəsində həyatını itirib. Bu qədər genişmiqyaslı, davamlı və mülki əhalini hədəf alan zorakılıq necə olur ki, “bəşəriyyətə qarşı cinayət” anlayışına daxil edilmir?

Amnesty International bu sualdan sistemli şəkildə yayınır. Hesabatda 68-69 min insanın ölümünə səbəb olmuş İsrail ordusunun əməlləri haqqında bir cümlə belə yoxdur. Halbuki, təşkilatın özünün də tez-tez istinad etdiyi Roma Statutuna görə, mülki əhaliyə qarşı geniş və sistemli hücum, istər müharibə, istərsə də “özünümüdafiə” adı altında törədilsin, bəşəriyyətə qarşı cinayət sayılır. Əgər bu hüquqi norma HƏMAS-a tətbiq edilirsə, İsrailə niyə tətbiq edilmir?

Müqayisə daha da aydın mənzərə yaradır. Bu qarşıdurmada İsraildə həlak olanların sayı təxminən 1 200 nəfərdir. Onlardan təxminən 1 160 nəfəri hərbiçi və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Mülki əhali itkisi təxminən 140 nəfərdir. Amnesty International-a görə, 140 mülki şəxsin ölümü “bəşəriyyətə qarşı cinayət” kateqoriyasına düşür, amma 60 min mülki şəxsin - 20 min uşaq, 10 min qoca, 5 min qadının öldürülməsi bu kateqoriyaya layiq görülmür. Bu, hüquqi yanaşma deyil, siyasi seçim, selektiv yanaşma və ya qərəzli olaraq ilkili standartdır.

Amnesty International-ın bu mövqeyi onu göstərir ki, təşkilat beynəlxalq hüququ universal norma kimi deyil, Qərbin və xüsusilə ABŞ-ın siyasi maraqlarına uyğun selektiv alət kimi tətbiq edir. Əgər hüquq hamı üçün eyni deyilsə, o artıq hüquq deyil. Əgər bir tərəfin cinayətləri ən ağır terminlərlə adlandırılır, digər tərəfin daha böyük miqyaslı cinayətləri isə görməzdən gəlinirsə, bu, obyektivlik deyil, açıq qərəzdir.

Bu davranış modeli Amnesty International üçün yenilik deyil. Qarabağ münaqişəsi dövründə təşkilat 30 il ərzində Azərbaycana qarşı eyni ikili standartları tətbiq edib, işğalçı Ermənistanın əməllərinə qarşı sistemli və prinsipial mövqe sərgiləməyib, digər beynəlxalq təşkilatlar kimi, işğalçı ilə zərərçəkəni eyniləşdirməyə çalışıb. Bu gün eyni yanaşma Qəzzada təkrarlanır: İsrailin kütləvi cinayətlərinə göz yumulur, on minlərlə dinc insanın taleyi hesabatlardan kənarda saxlanılır.

Bu mənzərə istər-istəməz ağır və narahatedici sual doğurur: Qəzzada ölən insanlar Amnesty International üçün daha az dəyərli insanlardırmı? Beynəlxalq hüquq yalnız “doğru” tərəfin xeyrinəmi işləyir? Əgər cavab bəlidirsə, o zaman Amnesty International insan haqları təşkilatı yox, Qərbin və Amerikanın siyasi tapşırıqlarını yerinə yetirən ideoloji mexanizm kimi çıxış edir.

Bu hesabat Amnesty International-ın müstəqil və tərəfsiz beynəlxalq hüquq müdafiəçisi olmadığını bir daha nümayiş etdirir. Hüquq adı altında selektiv susqunluq isə ən azı açıq qərəz qədər təhlükəlidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ