Rusiya Ukraynadan Misirə gedən Türkiyə gəmisinə hücum edib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, günəbaxan yağı daşıyan "VIVA" adlı gəmi taxıl dəhlizindən keçərkən, Ukraynanın iqtisadi zonasında və hava hücumundan müdafiə sistemlərinin effektiv diapazonundan kənarda hədəfə alınıb.
Qeyd edilir ki, dronla vurulan gəmidə gəmidə 11 Türkiyə vətəndaşı olub və hücum nəticəsində xəsarət alan və ya ölən olmayıb. Gəmi ciddi ziyan görmədən Misirə səyahətini davam etdirib.
Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin kapitanı ilə əlaqə saxladıqlarını və lazım gələrsə axtarış-xilasetmə qruplarının müdaxilə etməyə hazır olduqlarını bildirib.
Ukrayna Rusiyanı beynəlxalq dənizçilik qanunlarını pozmaqda ittiham edib.
Bir neçə gün əvvəl Rusiya Ukraynanın Odessa limanında Türkiyəyə məxsus daha bir gəmini vurmuşdu.
TAHİR