Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova
polkovnik Seymur Taleh oğlu Qaraşova
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.