Prezident Zelenski Ukraynanın NATO üzvlüyündən imtina edə biləcəyini bildirib. O, bunun yalnız Ukraynanın ABŞ və Avropadan "5-ci maddəyə bənzər təhlükəsizlik zəmanətləri" alması qarşılığında mümkün olacağını bildirib.
"Biz Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətlərindən danışırıq. Avropadakı tərəfdaşlarımızdan, Kanada və Yaponiya kimi digər ölkələrdən də təhlükəsizlik zəmanətləri istəyirik"- deyə Ukrayna lideri bildirib.
Zelenski bir neçə gün əvvəl Kiyev tərəfindən təqdim edilən sülh planı təkliflərinə Vaşinqtonun hələ cavab vermədiyini vurğulayıb: "Plan, şübhəsiz ki, hər kəsin bəyənəcəyi bir plan olmayacaq... Burada kompromislər var".
Sülh planı ətrafında danışıqlar çərçivəsində ABŞ-ın Ukraynaya NATO-nun 5-ci maddəsinə əsasən təhlükəsizlik zəmanətləri verməyə hazır olduğu barədə məlumatlar yayılıb. "Axios"un məlumatına görə, mövcud çərçivə Ukraynanın ərazisinin təxminən 80 faizini saxlamasını və hərtərəfli yenidənqurma dəstəyi almasını nəzərdə tutur.
Sabah Tramp administrasiyasının xüsusi nümayəndələrinin və Ukrayna nümayəndə heyətinin Berlində bu şərtləri müzakirə etməsi gözlənilir.
TAHİR