Ukrayna ABŞ-ın təklif etdiyi sülh planına 20 bəndlik əks təklifində Donbas üzərində nəzarətdən imtina etməyi və NATO üzvlüyü hüququndan imtina etməyi qəti şəkildə rədd edib.
"The New York Times" qəzetinin məlumatına görə, Kiyevin əks təklifində şərq əraziləri üzərində mövcud nəzarəti qorumağın vacibliyi vurğulanıb. Ukrayna Tramp administrasiyasının planında nəzərdə tutulan "Donbasın tam təhvil verilməsi" şərtini rədd edib. Eynilə, Ukraynanın NATO-ya qoşulmaq hüququndan imtina etməsini tələb edən bənd də plandan çıxarılıb.
Qəzet Zelenskinin bu layihəni London, Brüssel və Romadakı təmasları zamanı hazırladığını və Vaşinqtonun Kiyevə təzyiqinin davam etdiyini qeyd edib.
Bu arada Moskva plana edilən bəzi düzəlişlərdən məmnun olmaya biləcəyini bildirib və Ukraynanın NATO üzvlüyü və Donbasdan çıxması ilə bağlı tələblərini yenidən təkrarlayıb.
TAHİR