Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən əfv edilən tanınmış müxalifətçilər Viktor Babariko və Mariya Kolesnikova da daxil olmaqla 123 məhbus azadlığa çıxdıqdan sonra Ukraynaya təxliyə edilib.
Babarikonun komandasının açıqlamasına görə, xüsusi əməliyyat çərçivəsində ümumilikdə 114 nəfər (104 belaruslu, 5 ukraynalı) Ukraynaya gətirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski hadisəni "Belarusdakı mülki şəxslərin azad edilməsi üçün xüsusi əməliyyat" kimi təsvir edib.
Lukaşenko bu əfvin ABŞ Prezidenti Donald Trampla əldə edilən razılaşmalar və onun xahişi ilə Belarusun kalium sənayesinə qarşı "qanunsuz sanksiyaların" ləğvi ilə bağlı olduğunu bildirib. Belarusun əsas ixrac məhsulu olan kaliuma qarşı sanksiyalar, ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Con Kalverin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən Minskdə aparılan danışıqlardan dərhal sonra ləğv edilib.
Ekspertlərin fikrincə, müxaliflərin öz ölkələrində qalmaq əvəzinə Ukraynaya təxliyəsi, Belarusda qaldıqları təqdirdə yenidən həbs və ya repressiya risqindən qaynaqlana bilər.
TAHİR