Ukrayna Rusiyanın Odesa limanına hücumuna cavab olaraq Xəzər dənizində iki Rusiya neft platformasını vurub.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) məlumatına görə, Xəzər dənizində Rusiyanın “Lukoil” şirkətinə məxsus Filanovski və Korçaqini neft platformaları dronlarla vurulub. Hər iki platformadakı əsas avadanlıqların sıradan çıxdığı və istehsalın dayandırıldığı bildirilir.
Rusiyanın Xəzər neft yatağının bir hissəsi olan Filanovski neft platformasına bu həftənin əvvəlində də hücum edilmişdi.
Ukraynanın son hücumundan bir neçə saat əvvəl Rusiya Odessa limanında Türkiyənin "CENK T" gəmisinə raket zərbəsi endirib.
Ukrayna bu il Moskvanın müharibəni maliyyələşdirmək qabiliyyətini zəiflətmək məqsədilə Rusiya neft obyektlərinə çoxsaylı dron hücumları həyata keçirib.
TAHİR